SENAT “SOYQIRIM” QƏTNAMƏSİNİ QƏBUL ETDİ – Bu, Qarabağ münaqişəsinə necə təsir edəcək? (Şərh)

ABŞ Senatı dekabrın 12-də I Dünya Müharibəsi illərində və ondan sonra Osmanlı imperiyasında ermənilərin kütləvi ölümlərini “soyqırım” kimi tanıyan qondarma qətnaməni qəbul edib.

Bundan əvvəl Nümayəndələr Palatasında qəbul edilmiş sənədə Senatda yekdilliklə səs verilib.

Demokrat Bob Menendez və respublikaçı Ted Kruz bundan əvvəl bu qətnaməni dəfələrlə müzakirəyə çıxarsalar da, sənədin qəbulu ayrı-ayrı millət vəkilləri tərəfindən bloklanırdı.

Son dəfə bunu bir həftə əvvəl senator Kevin Kramer etmişdi. Bu senator noyabrın 13-dən bəri sözü gedən qətnaməni üçüncü dəfə idi ki, bloklayırdı. Kramer demişdi ki, onun qətnaməni bloklamasına səbəb bu qanunvericilik aktının münasib vaxta düşməməsi və Türkiyəni qəzəbləndirə biləcəyidir.

Qətnamənin qəbulunun Türkiyəni hiddətləndirəcəyi qaçılmazdır. Belə bir qətnamənin qəbuluna Ağ Ev də bir o qədər meyllənmirdi, lakin indi belə görünür ki, administrasiya geri çəkilməli olub.

Beləliklə, Birləşmiş Ştatların tarixində qondarma “erməni soyqırımı” ilk dəfə olaraq dövlət səviyyəsində tanınıb. Əvvəllər buna bənzər qətnamələr ayrı-ayrı ştatlarda qəbul olunmuşdu.

Bir sıra təhlilçilərin fikrincə sənədin məhz indi qəbul olunması Vaşinqton və Ankara arasında münasibətlərin gərginliyinə görə mümkün olub. İki ölkə arasında münasibətlərin gərginliyi Türkiyənin Suriyaya müdaxiləsindən və Ankara Rusiyadan S-400 raketlərini alandan sonra daha da artmışdı.

Bu hadisənin Türkiyəyə və hazırda erməni separatizmindən, işğalından əziyyət çəkən Azərbaycanın Qarabağ danışıqlarında mövqelərinə necə təsir göstərə bilər?

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Senatın belə bir qondarma qətnaməni təsdiq edəcəyi gözlənilən idi: “Çünki Türkiyəni sıxışdırırlar, Rusiya ilə isti münasibətlər Amerikanı qıcıqlandırır. “Erməni sevgisi”nə görə bu addımı atmayıblar, əsas məqsəd Ankaraya qarşı təzyiqlər göstərməkdir”.

Politoloq qeyd edir ki, əgər Türkiyə ilə ABŞ arasında münasibətlər normal olsaydı, bu qətnamə nə Nümayəndələr Palatasından, nə də Senatdan keçərdi. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın bu qətnaməyə imza atıb-atmayacağı bəlli deyil: “Məlumdur ki, Türkiyə ABŞ-ın şərtlərini qəbul etməyəcək. Ona görə də istisna deyil ki, prezident Tramp da bu qətnaməni imzalaya bilər. O, bu addımı atmasa belə, ABŞ prezidentlərindən biri bu sənədi imzalayacaq”.

E.Şahinoğlu hesab edir ki, bu sənədin qəbulu Türkiyə üçün faciə deyil, indiyə qədər nə qədər ölkə “soyqırımı“ tanıyıb, amma Ankaranın siyasətinə zərrə qədər də təsir etmir. Türkiyə prezidenti Ərdoğanın yaxşı bir sözü var ki, “özləri çalıb-özləri də oynayırlar”.

Qondarma sənədin ABŞ Senatında təsdiqlənməsinin Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə mümkün təsirlərinə, politoloq bundan əvvəl ABŞ Konqresini Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi qəbul etməsini xatırlatdı: “Amma buna baxmayaraq, ABŞ-la Azərbaycan arasında gərginlik olmadı, Vaşinqton müəyyən məsələlərdə Azərbaycana yardımlar edirdi”.

Elxan Şahinoğlu vurğulayır ki, bu “erməni sevgisi” Qarabağ münaqişəsinin həllində ABŞ-ın mövqeyinə kölgə saldı: “Qondarma “soyqırım” qətnaməsinin Konqresdə asanlıqla qəbul edilməsi erməni lobbisini gücləndirir. Eyni zamanda, Ermənistan hakimiyyətini həvəsləndirir. Amma bütövlükdə bunun Türkiyəyə təsiri olmadığı kimi Azərbaycana da ciddi təsiri yoxdur. Onsuz da illərdir, ABŞ Qarabağ münaqişəsinin həlli ilə məşğul olmur”. 

AzPolitika.info

635x100

Şərhlər

O.B.N 2019-12-13 22:29:14

Senatın «soyqırımı» tanıması Türkiyə üçün heçdə yaxşı hal deyil.2003-də Rusya «soyqırımı» tanıyıb.Kreml öz arzuusuna çatdı. Məqsədi Türkiyəni Qərbdən uzaqlaşdırmaq idi.RF getdikcə zəifləyir onun Türkiyəni müdafiə etməyə nə taqəti nədə marağı olmayacaq necəki,İraqi etmədi.BMT-nin TŞ 5 üzvündə 4-ü Türkiyənın əlehinədir,5-cısi RF-na isə etibar yoxdur.Türkiyəyə ağır sanksiya tətbiq edə bilərlər.

Lətif Qaffarzadə 2019-12-13 14:19:35

Təskinlik! Amma yersiz! XİN-ləri ABŞ snatı ilə vaxtındalazımi danışıqlara getsə idi və öz faktlarına inandırmaq istəsə idilər bu belə nəticə verməzdi.Gözləmə siyasəti həmişə məğlubiyyıtlə nəticənib.Hər bir özünü düntyada ölkə hesab edən ölkə daxili və xarici siyasətlərinə daim diqqət etməli və bu urumları işlək vəziyyətə gətirməlidir.YOxsa belə nəticələr qaçılmazdır.

Cəmşid Dərələyəzli 2019-12-13 13:15:53

Bu tarixdən sonra, bu kimi qətnamələr Türküyəyə vız geıer. Türkiyə prezidenti Ərdoğan demişkən, həmin ölkələr, xüsusən də ABD bununla “özləri çalıb-özləri də oynayarlar”. Türküyə artıq 30-40 il öncəki Türküyə deyil. İkinci bir tərəfdən isə bu ermənilər gör nə qədər bədbəxt və fahişə bir millətdir ki, hər kəs öz siyasətində erməni kartından istifadə edir. İnanın bəlkə də elə bir tarix gələr ki, ermənilərin bir millet olaraq yox olmasına fərman verənə qarşı, bu gün onları bu sayaq qətnamə və strateji mütəffiqlik adı altında savunanların tükü bele qıpırdamaz. Amma sanmıram Amerika prezidenti buna getsin. Getse de bele Türküyenin siyasetinde heç nə dəyişməyəcək.

Son yazılar