Azərbaycanın Albaniyaya göndəriyi humanitar yardım təqdim olunub

Azərbaycanın Albaniyaya göndəriyi humanitar yardım rəsmi olaraq təqdim olunub.

Bu barədə XİN-dən məlumat verilib.

Bildirilib ki, Albaniyada 26 noyabr tarixində baş vermiş 6,4 bal gücündə zəlzələnin törədiyi fəsadların aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Hökuməti tərəfindən 500.000 avro dəyərində yardım göstərilmişdir.

Dekabrın 11-də Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri Anar Hüseynov ilə Albaniyanın Yunanıstandakı səfiri Aridana Hobdari arasında keçirilmiş görüş zamanı yardımla bağlı simvolik çek qarşı tərəfə təqdim edilmişdir.

Xanım səfir Azərbaycan Respublikasına yardımına görə ölkəsi adından təşəkkürünü ifadə etmiş və ölkələr arasında mövcud dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə inamını ifadə etmişdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar