Bakıda 2 gənc insanları bıcaqla niyə təhdid edib? - DİN məlumat yaydı + VİDEO

Ötən gün Bakının mərkəzində, Nizami küçəsində, Fəvvarələr meydanı deyilən ərazidə 2 gənc dekabr ayı, soyuq olmasına baxmayaraq geyimlərini soyunaraq əllərində bıçaqla özlərinə xəsarət yetiriblər.

REAL xəbər verir ki, onların bu hərəkətindən çəkindirməyə çalışan ətrafdakı insanları da bıçaqla təhdid ediblər.

Polisin xəbərdarlığına məhəl qoymayan xuliqanlar, tabe ol əmrindən boyun qaçırıblar.

Soyuq silahı əlindən buraxmayan iki gənc hətta polisə də yaxınlaşacağı təqdirdə onlara xəsarət yetirəcəyini bildiriblər.

Bir neçə dəqiqəlik xəbərdarlıqdan sonra polis iki xuliqanı saxlayıb və asayiş bərpa olub.

Daxili İşlər Nazirliyi dünən gecə Nizami küçəsində baş verən hadisə ilə bağlı məlumat yayıb.

DİN-dən a verilən məlumata görə, dekabrın 12-də saat 19 radələrində paytaxtın Səbail rayonu Ü.Hacıbəyov küçəsindəki marketlərin birində 2 nəfər oğurluğa cəhd göstərib. Bunun qarşısı marketin işçiləri tərəfindən alınarkən onlar bıçaqla hədə-qorxu gələrək hadisə yerini tərk ediblər.

Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşlarının operativliyi və çevikliyi sayəsində hər iki şəxs saxlanılaraq 39-cu Polis Bölməsinə gətirilib.

Araşdırmalar zamanı onların Yevlax rayon sakinləri, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlığa görə məhkum olunmuş Yasin Abdullayev və M.Məmmədov olmaları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar