“Etimad göstərilməyəcəksə, seçkiyə qatılmayacağam” - Ramiz Mehdiyevin kürəkəni

“Namizədliyim təmsil olunduğum partiya tərəfindən irəli sürülməlidir. Mən özbaşıma növbəti seçkilərə necə qatıla bilərəm?!”

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı İlham Əliyev deyib. O, bildirib ki, yalnız etimad göstəriləcəyi halda seçkilərə qatıla bilər: “Mən YAP-çıyam. Partiyamızın sədri var. Partiyamızın sədri, hörmətli cənab Prezident İlham Əliyev tərəfindən etimad göstəriləcəksə, mən də seçkilərə qatılacam. Etimad göstərilməyəcəksə, qatılmayacam”.

Qeyd edək ki, İlham Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. Yeni Azərbaycan Partiyası tərəfindən 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.

O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkənidir.

635x100

Şərhlər

Mahir 2019-12-13 14:05:59

Belədir də! Elə millət də bunu deyir.Qohum.quda yığnağından millətə nə xeyr gələ bilər ki? Belə formalaşdırıb ölkəni soydular və hələ də bu tendem davam edir.Bəs deyil?dna!trak

Son yazılar