“Bizim üçün əsas məsələ mandat deyil...” - İsa Qəmbər

Müsavat Məclisinin üzvü, partiyanın sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Ednews.net saytına müsahibə verib.

O, 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisindən danışaraq qeyd edib ki, Müsavat Partiyası seçki institutunu xilas etmək, yaşatmaq istəyir: “Məhz buna görə seçkidə iştirak əzmindəyik. Bizim üçün əsas məsələ mandat deyil, xalqın seçdiyi insanların millət vəkili olaraq ölkəmizə, insanlarımıza xidmət etməsidir. Mən Müsavatın namizədlərini tanıyıram və normal seçkidə onların əksəriyyətinin qalib gələ biləcəyinə inanıram. Lakin siyasi sistemin mahiyyətinə bələd olduğumuz üçün deyə bilərəm ki, qalib gəlmiş müsavatçılardan neçəsinin qələbəsinin tanınması hakimiyyətin intellektindən asılıdır”.

İsa Qəmbər əlavə edib ki, Müsavat Partiyasının rəhbərliyi bütün gerçək müxalifət qurumlarına birgə hərəkət təklifi verib: “Bu təklifi əksər qüvvələr qəbul etsə də, tam birlik alınmadı. Hər bir qüvvənin və fərdin müstəqil qərar hüququna hörmətlə yanaşmalıyıq”.

635x100

Şərhlər

t.ədalət 2019-12-13 20:17:05

Azərbaycan bir türk dövləti olduğu üçün İsa Qənbərin mövqeyi həmişə müammalı qalacaq.Azərbaycanın hədəfi separatçı kürdlər və ermənilər olduqca həmişə ehtiyatlı olmağı vacibdir."Müxalifət" adı altında müxtəlif hərəkatlara qoşulub arxamızdan balta vuran etnikləri yaddan çıxarmaq olmaz!

Çingiz 2019-12-13 14:29:02

Anlaşılması mümkün olmayan müsahibədir.Bəlli olmur ki, İsa bəyin şəxsi düşüncəsi nədir,seçkilərdən gözləntiləri nə dən ibarətdir.Əgər bu seçkidirsə iqtidarın və ya müxalifətin arzusu seçki məntəqələrindəki sandıqlardan çıxmayacaq? Yoxsa sandıqlara təcavüz edilməsi onu qorxudur?O zaman bəs seçki nəzarətçiləri?i

Son yazılar