Oqtay Gülalıyevdən yaxşı xəbər var – Həyat yoldaşından açıqlama

“Oqtayın vəziyyətində müsbət dinamika müşahidə olunur. Son günlər daha yaxşı nəfəs almağa, böyrəyindəki kreatin də azalmağa başlayıb, temperaturu normaya düşüb”.

“AzPolitika.info” xəbə verir ki, bunu hazırda Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin xanımı Firuzə Gülalıyeva bildirib. “Bütün bu müsbət hallara baxmayaraq, O.Gülalıyev hələ də komadadır, amma müalicədəki müsbət dinamika onun bu durumdan çıxacağına ümid yaradır”.

F.Gülalıyeva bildirib ki, dekabrın 9-da Oqtayın İstanbuldakı «Amerika Xəstəxanası»nda müalicəsinin daha 10 gün davam etməsi barədə qərar verilib. Onun sözlərinə görə, xəstəxanada O.Gülalıyevi müalicə edən həkimlər xəstənin vəziyyəti ilə bağlı rəy hazırlayıblar: “Həmin rəyə əsasən Heydər Əliyev Fondu Oqtayın «Amerika Xəstəxanası»nda daha 10 gün müalicə xərclərini qarşılayıb”. 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar