Azərbaycanda seçkiləri AŞPA-nın 30 nəfərlik müşahidə missiyası izləyəcək

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun iclası keçirilib.

İclasda fevralın 9-da növbədənkənar parlament seçkilərində müşahidə ilə bağlı Azərbaycanın rəsmi dəvəti də müzakirə edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, iclasda müzakirələrdən sonra Azərbaycanın rəsmi dəvəti məqbul sayılıb: “Müşahidə missiyasının yaradılması ilə bağlı qərar qəbul edildi. Həmin qərar əsasında AŞPA-da təmsil olunan bütün partiyalardan 30 nəfərdən ibarət müşahidə missiyası fevralın 9-da növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana gələcək. Bu müşahidə missiyasına məruzəçilər də daxildir”.

S. Seyidov qeyd edib ki, müşahidə missiyasının tərkibi yanvar ayında formalaşacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar