“REAL NÖVBƏTİ PARLAMENTDƏ 4-5 YER ALACAQ...” – “Hakimiyyət ağıllı addım atdı”

“Parlamentin siması daha elitar olacaq. O, daha gənc, bir neçə dil bilən şəxslərlə əvəzlənəcək. Müxalifətin baş verənlərə reaksiyası adekvat deyil. Əvvəla, resursları yoxdur. İkincisi, seçkiyə gedib-getməməklə bağlı fikrini belə daha dəqiq ifadə edə bilmir. Bir qisim boykot haqda danışır, halbuki, söhbət boykotdan yox, seçkidə iştirak etməməkdən gedir. Seçkidə iştirak edənlərinsə taktikası yoxdur”.  

“AzPolitika.info” xəbər verir ki, bu fikirləri hazırda İsveçrədə yaşayan tanınmış jurnalist və siyasi təhlilçi Rauf Mirqədirov “Azadlıq” Radiosuna müsahibəsində bildirib. O qeyd edib ki, hazırda müxalif düşərgədə xoşagəlməz proseslər baş verir. Təhlilçi ReAL Partiyasına ciddi ümid edənlər olduğunu xatırladır və qeyd edir ki, bu təşkilat da ənənəvi müxalifətə çevrilməkdədir: “O, növbəti parlamentdə 4-5 yer alıb, konstruktiv müxalifət rolunu oynayacaq”. 

Hakimiyyətin növbədənkənar seçki qərarı verməsinin səbəblərinə gəlincə. Rauf Mirqədirov deyib ki, bu, birinci dəfə deyil. O, 2018-ci ildə də prezident seçkilərinin yarım il qabağa çəkilməsini xatırladıb: “O zaman bu, xarici amillərlə bağlı idi, indi isə ölkə daxilində baş verənlərlə. Ölkədə narazılıq olduğunu hakimiyyət də görür. Qabaqlayıcı addımlar atır. Müxalifətin toparlanaraq seçkiyə getməsini qabaqlayır. İkincisi də, bu, kadr dəyişiklikləri ilə bağlıdır. Hakimiyyətdən uzaqlaşdırılanlar narazıdırlar. Onların ünvanına ara-sıra tənqidlər, təhdidlər eşidilməkdədir. Köhnə qvardiyadan kimlərsə müxalifətdəki ovqatı qızışdıra bilər. Buna da vaxt lazımdır. Seçki elan olunub artıq, vaxt yoxdur. Məncə, hakimiyyət ağıllı addım atıb”.

Təhlilçi vurğulayıb ki, bu seçkilərdən bir qədər sonra hakimiyyətin referendum keçirərək Konstitusiyaya dəyişiklik edəcəyini gözləyir: “İndiki komanda 2025-ci ilə kimi köhnələ bilər. Və bir məqam, indi Mikayıl Cabbarovun başçılığı altında supernazirlik yaradılmaqdadır. Vaxtilə belə bir nazirlik Fərhad Əliyevin başçılığı altında yaradılmışdı. Məsələ ondadır ki, sistem dəyişməlidir. Yaxşı sistemdə ən pis menecer də onu dağıda bilmir, məsələn, Donald Tramp ABŞ-da demokratik sistemi dağıda bilmədiyi kimi. Bizdə isə yaxşı menecerlər pis sistemdə ancaq lokal sahələrdə uğurlar qazana bilərlər, ASAN Xidmət kimi. Ona görə bütövlükdə sistem, idarəetmə dəyişməlidir”.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2019-12-15 20:01:07

"Real" qurama müxalifətdir.Onlar üçün Dağlıq Qarabağ dərdi yoxdur.Axtarsan,bəlkə də üzvləri arasında Vətənin müdafiəsində iştirak edənləri də yoxdur.

Aqa 2019-12-13 19:34:32

Bir ailə qədər üzvü olan REAL nə edə bilər. Mənim 200-dən cox BAKIDA ailə üzvüm var.BU REAL BUDA MƏN.

Fazil 2019-12-13 19:22:39

Bunun sözünə görə hakimiyyət ağıllı addım atıb saxta siyahiyə 4-5 "real "namzədini yazıb.Bəs seçki,xalqın səs vermə nəticələri?.o

Akif 2019-12-13 18:35:10

"Real" bu 4-5 yeri pulla alacaq? Bu adam bunu haradan bilir? Bəlkə seçicilərin ssləri kifayət etməd,realın namizədlərinə xalq səs vermədi? Onda necə olacaq? Pulunuzu kimdən geri alacaqsınız?

Cəlilabadlı 2019-12-13 18:23:45

Belə yazılar seçkilərin saxta olacağına bir işarə kimi qiymətləndirilməlidir.Çünki "Real" 5-10 və daha çox namizəd verə bilər bir məna kəsb edir.4 deputat mandatı alacaq tam başqa məna daşıyır.Bunu anlamaqda nə çətinlik var ki? Deməli "Realın" Məzahir bəylə və Siyavuşla razılaşdığı siyahi məsələsi ortaya çıxır.BUnu bu yazı sübut edir.Bu zaman seçkilədə deputatların siyahi üzrəi təyini təsdiqlənir.Daha bu qədər məsrəf etmək,milləti və dünyanı aldatmaq nə deməkdir?Bir sərəncam verin Milli Məclis işinə başlasın. Daha bu qədər səs-küy kimə və nəyə gərəkdir?

Nizam 2019-12-13 18:14:07

ReAl-ın axı heç siyasi bazası, elektorati yoxdur, miting keçirse hec 100 adam yığışmaz, o nece parlamentte 4-5 yer gazana biler, demek ki bu yene seçki deyil, bir oyundur.

Ceyhun 2019-12-13 16:05:17

...... ay Rauf

Omer 2019-12-13 16:00:04

Sizin sozuvuzden bele basa dusdumki deputatlari xalq secmir. Bu seckide bilinecek.. Dogurdanda real 3-4 yer alsa demeli secki edaletli olmayib. Duzgun seckide onlar hec ne uda bilmez.. Bu deqiqdir

Son yazılar