Ağır məğlubiyyətdən sonra postundan istefa vermək niyyətindədir

Ekzit-polların nəticələrinə əsasən, Ceremi Korbinin Leyboristlər Partiyası İcmalar Palatasına növbədənkənar seçkilərdə 650 yerdən təxminən 200 yeri qazana biləcək. Bununla əlaqədar böyük məyusluq keçirən Korbin partiya rəhbəri postunu tərk etmək istəyir.

Ceremi Korbin Leyboristlər Partiyasının lideri postundan istefa vermək niyyətindədir. Bu barədə ötən gün bəyanat verən siyasətçi yeni seçkilərdə partiyasının adından əsas namizəd kimi çıxış etməyəcəyini bildirib. Korbin leyboristlərin gələcəyi haqqında konsultasiyalarda iştirak etməyə hazırlaşdığını qeyd edib.

Britaniya Parlamentinin İcmalar Palatasına növbədənkənar seçkilərdə səslər hesablandıqdan sonra yayılan ilkin məlumatları nəzərdə tutan leyboristlərin lideri şikayət edib, bunun “çox pis gecə olduğunu” vurğulayıb. İlkin qeyri-rəsmi nəticələrə əsasən, Leyboristlər Partiyası 650 yerdən təxminən 200 mandatla ikinci yeri tutacaq. Korbin parlamentdəki yerini saxlayıb.

Mühafizəkarlar Partiyası 361 yer əldə etməklə özünü mütləq çoxluqla təmin edəcək. Daha 50 mandat Şotlandiya Milli Partiyasına, 14 mandat isə “Liberal demokratlar” partiyasına çata bilər. Sonuncunun lideri Co Suinson parlamentdəki yerini saxlaya bilməyib. İlkin rəsmi nəticələr bu gün açıqlanacaq.

Mühafizəkarların lideri, hazırkı baş nazir Boris Conson artıq vəziyyəti “Brexit”-in reallaşmasına “yeni mandat” kimi qiymətləndirib. Parlamentdəki yerini saxlayan Conson tərəfdarlarını gözlənilən qələbədən zövq almağa çağırıb. 

Conson İcmalar Palatasında çoxluğu qazanacağı təqdirdə, Brüssellə razılaşdırdığı “Brexit” haqqında yeni sazişi təsdiqlədə biləcək. Daha əvvəl “Brexit” sazişi Britaniya parlamenti tərəfindən rədd edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar