Bolqarıstanda NATO HDQ-nin mərkəzi yerləşdirilə bilər

NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Bolqarıstanın prezidenti Boyko Borisovla görüşüb və alyansın Qara dəniz bölgəsində möhkəmlənməsini müzakirə edib.

Görüşün gedişində Borisov Bolqarıstanın Varna şəhərində NATO HDQ-nin koordinasiya mərkəzinin yerləşdirilməsi təklifini səsləndirib. Belə ki, Ukrayna və Gürcüstanın müdafiəsi üçün Qara dənizdə təlimlər keçirmək aktualdır.

Bolqarıstan prezidenti qeyd edib ki, gələcək mərkəz yalnız «yavaşıdıcı rol» oynamalıdır, belə ki, Sofiya bölgədə hərbi donanmanın yerləşməsinin əleyhinədir.

Stoltenberq də öz növbəsində, qeyd edib ki, hazırda bu funksiyaları NATO qüvvələrinin Britaniyadakı hərbi-dəniz qərargahı yerinə yetirir və vəd edib ki, Bolqarıstanın təklifinə baxılacaq.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar