“Bizim supermarket”də kərə yağı adı altında satılan spred yağı aşkarlanıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, daxil olan məlumat əsasında AQTA əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 154 A ünvanında fəaliyyət göstərən “Bizim supermarket”də yoxlama keçiriblər. Yoxlama zamanı soyuducu vitrində olan “Uzun Ömür” əmtəə nişanlı “İvanovka” yağ məhsulunun etiket məlumatında bitki spred yağı yazılmasına baxmayaraq, satış vitrinində “kərə yağı” adı altında satışının həyata keçirildiyi və kassa çekində də faktın öz təsdiqini tapdığı müəyyən edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, qanunvericilik çərçivəsində müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

635x100

Şərhlər

t.ədalət 2019-12-13 20:24:44

Öz qazancını xalqın faciəsi üzərində quranların normal kəbinlə dünyaya gəldiyinə inanmaq çətindir.Belə cinayətlərin qarşısını almaq üçün,gərək qarışıq-bulaşıq nigahdan doğulanları vəzifə başına buraxmayasan.Elə yezuit ... kimi anti müsəlmanları da unutmayasan.Peyğəmbərimizin nəvəsini qətlə yetirən yezuitlərin törəməsi üçün biz müsəlmanları qırmaq o qədər də çətin olmaz.İnsan zatını itirmir.

Son yazılar