"Belə çıxır ki, Ermənistanın Xarici İşlər naziri görüşlərə sanki çay içməyə gəlir" - XİN

“Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC televiziya kanalına verdiyi müsahibəsinə münasibətdə İrəvanın reaksiyası olduqca qəribədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən deyib.

“Belə çıxır ki, sanki Elmar Məmmədyarovun erməni həmkarı bir il yarımdır ki, Azərbaycan Xarici İşlər naziri və həmsədrlərlə görüşlərə çay içməyə gəlir. Bu ən azı qeyri-ciddidir. Anlamaq olar ki, Ermənistan Xarici İşlər naziri ölkə daxili neqativ reaksiyadan çox qorxur, çünki ondan, nazir Elmar Məmmədyarovun sözügedən müsahibəsində etdiyi kimi, mahiyyət üzrə açıqlama tələb oluna bilər. Əslində, müsahibə elə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin “əhalini sülhə çağırmaq” çağırışı kontekstində nəzərdən keçirilməlidir”, - deyə XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun CBC kanalına verdiyi müsahibəsi ilə bağlı “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda münaqişənin tənzimlənməsi ilə bağlı hər hansı sənəd müzakirə olunmur” açıqlamasını verib.

635x100

Şərhlər

Bahəddin 2019-12-14 12:11:15

Ölkənin xarici siyasəti uşaq-muşağa tap.ərılıb.Bunun nəticəsini görürük.Arxadan atılan daşlar bizi hörmətdən salıb.

Bir qarabağlı 2019-12-14 09:21:15

XANIM, il yarım deyil? Bu səy SÜLH-işğalda qal!, siyasəti 26 idir!

Vətəndaş 2019-12-14 08:58:25

Elə siz deyən kimidir. Erməni nazir danışıqlarda, çay içməyə gəlir. Onlar danışmaq istəmir. Bəs siz nə istəyirsiniz?

Elli 2019-12-13 20:44:12

Bəs onda o görüşlərdə nə müzakirə olunur. Bir stəkan çay içib dala qayıdırlar?

Vətəndaş 2019-12-13 19:27:50

Elə 26 ildir ki,çay içirlər.Belə olmasa bir nəticə olardı.Danışıq xatirinə danışıq belə olur.26 il danışıq başa düşülən deyil.Bu yalnız bilgisizlik,bacarıqsızlıq və ya təslimçiliyin nəticə sayıla bilər.b

Son yazılar