Müsavatın namizədləri niyə partiya tərəfindən irəli sürülmür? – Keçmiş MSK üzvü Arif Hacılıya suallar ünvanladı

MSK-nın keçmiş üzvü Akif Qurbanov növbədənkənar seçkilərdə iştirakla bağlı Müsavat Partiyasına bir sıra suallar ünvanlayıb. Bildirib ki, əldə etdiyi məlumata görə, Müsavat Partiyası parlament seçkilərində namizədlərin siyasi partiya tərəfindən deyil, namizədliyin özü tərəfindən irəli sürülməsi formasını seçib. 

A.Qurbanov bu məlumatdan çıxış edərək partiya rəhbərliyindən aşağıdakı suallara cavab verilməsini istəyib: 

1. Müsavat həm institusionallaşmış, həm də ölkə ərazisini əhatə edən və zəngin seçki təcrübəsi olan azsaylı aparıcı partiyalardandır. Belə olduğu təqdirdə ondan gözləntilər də bu göstəricilərə adekvat olur. 

2. Siyasi partiya (və siyasi partiyalar bloku) formatında iştirak 60-dan çox namizədin qeydə alınmasına nail olduqda İctimai Televiziya və radioda pulsuz efir vaxtı imkanını yaradır. 

3. Siyasi partiya (və siyasi partiyalar bloku) formatında iştirak parlamentdə təmsilçiliyə nail olduqda dövlət büdcəsindən maliyyələşmə və seçki komissiyaları sistemində təmsilçilik imkanı yaradır. 

4. Aydındır ki, qanunvericilik yuxarıda qeyd etdiyim kimi, siyasi partiya formatında iştiraka potensial imtiyazlar imkanı yaratsa da, həmçinin kargüzarlıqdan tutmuş, bürokratik, maliyyə və texniki çətinliklər də yaradır. Bu üzdən də namizədliyin özü tərəfindən irəli sürülmə forması daha asandır. Həmçinin bu forma, hər hansı məsuliyyəti də partiyadan daha çox fərdə yönəldir. 

Belə olduğu halda sual yaranır: Müsavatın 2 və 3-cü bəndlərin reallaşacağına inamı olmadığı üçün və 4-cü bənddəki səbəbləri əsas tutaraq belə iştirak forması seçib, yoxsa başqa səbəblər var?

Müsavat başqanı Arif Hacılı “AzPolitika.info”-ya açıqlamasında keçmiş MSK üzvünün suallarına cavab verib. “Əslində namizədlərimiz partiya üzvü olduqlarını göstərirsə və bu barədə DSK-lara partiyadan sənəd təqdim olunursa, belə problem yaranmamalıdır. Bu, namizəd verilməsinin daha sadə üsuludur. Seçki Məcəlləsində belə qadağa yoxdur. Amma bizdəki, hüquqi nihilizmi nəzərə alaraq məsələni müzakirə edirik”, - deyə A. Hacılı qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

İqtisadçı 2019-12-14 12:08:40

Xalqın tanımadığı,etimad göstərmədiyi insanları onlara deputat kimi sırımaq metodundan əl çəkilməlidir.Partiyaların deputat irəli sürməsi tam yanlış və yaramaz paktika olduğu hamıya bəlli olfuğu halda niyə bu üsuldan əl çəkilmir.Bir bölgənin toplandığı bir partiya namizədlərinin bütün respublika üzrə paylanması nə demək olduğu aşkardır.Belə üsul ölkəni tanınmz hal gətirib.Dönüb buraxılmış Məcliin üzvlərinə diqqğt etsəniz bu metodun yaramaz olduğunun şahidi olarsınız.Hamizədlər işçi kollektivlər,tərəfindən müvafiq rayon ərazisində yaşayan,tanınmış,özünü göstərmiş,əhalinin etimad göstərdiyi insnlar olmalıdır.Yalnız bu zaman onlar xalqın deputatı ola bilər.Əks halda deputatlar iqtidarın qulu olur.Xalq isə arxa pland qalır.

Son yazılar