Kanada şirkəti 2020-ci ildə Azərbaycanda daha bir kəşfiyyat quyusu qazacaq

Kanadanın beynəlxalq neft və qaz hasilatı şirkəti "Zenith Energy Ltd" Azərbaycanın quruda yerləşən "Cəfərli" neft yatağındakı C-30 quyusunda qazma işlərinə başlamaq üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə danışıqlara başlayıb.

"Report" "Zenith Energy" şirkətinə istinadən xəbər verir ki, kəşfiyyat quyusunun qazılmasına 2020-ci ildə başlanması nəzərdə tutulur.

Məlumata görə, C-30 quyusunda tikinti işləri artıq başa çatıb: "Kəşfiyyat quyusu qazmaq üçün ən perspektivli yerin müəyyənləşdirilməsi üçün SOCAR ilə razılaşdırılmış geoloji və texniki araşdırmalara başlanılıb".

"Biz çox maraqlıyıq C-37 quyusunda aparılan əməliyyatlar zamanı qazanılan təcrübəni C-30 quyusunda gələcək dərinləşdirmə işlərində də istifadə edək", - şirkətin baş direktoru Andrea Kattaneo bildirib.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar