“Qalatasaray” autsayderlə bacarmayıb

Türkiyə Super Liqasında XV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci oyun günündə 3 matç keçirilib.

“Kasımpaşa” “Rizəspor”u səfərdə darmadağın edib. “Gənclərbirliyi” “Göztəpə” ilə ev matçında 3 xal qazanmağı bacarıb.

Günə son çempion “Qalatasaray”la autsayder “Ankaragücü” arasında matçla yekun vurulub. İlk yarıda hesabı aça bilməyən İstanbul klubu qonaqların müqavimətini yalnız fasilədən sonra qıraraq iki qol vurub. Lakin paytaxt klubu son dəqiqələrdə vurulan iki qolla rəqibindən xal almağa müvəffəq olub.

Qeyd edək ki, turun digər oyunları dekabrın 15-16-da keçiriləcək.

Türkiyə Super Liqası XV tur 

14 dekabr

“Rizəspor” – “Kasımpaşa” – 0:3 

Koyta, 17, 27, Kara, 90 

“Gənclərbirliyi” – “Göztəpə” – 3:1 

Stanku, 29, 67, Sio, 36 – Reys, 34 

“Qalatasaray” – “Ankaragücü” – 2:2 

Fequli, 53, Belhanda, 83 (pen.) – Parlak, 88 (pen.), Kitsiou, 90

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar