Türkiyə ABŞ-dan "Petriot" sistemləri almaq qərarına gəlib – S-400-ə alternativ olaraq

Türkiyənin xarici işlər naziri Mövlut Çavşoğlu Qətərdə keçirilən Doha forumunda bəyan edib ki, ölkəsi Amerika Birləşmiş Ştatlarından (ABŞ) «Petriort» hava-hücumundan müdafiə (HHM) sistemləri almağa hazırdır.

Onun sözlərinə görə, Ankara artıq Vaşinqtona uyğun sifariş göndərib və gələcək sövdənin şərtərini müzakirə etməyə hazırdır.

Eyni zamada, Türkiyə tərəf bir daha təkrarlayıb ki, artıq Rusiyadan alınmış olan S-400 sistemlərindən imtina etmək niyyətində deyil və ABŞ-ın sanksiyalarından çəkinmir.

Çavuşoğlu ABŞ-ı «müttəfiq» adlandırıb və bu zaman qeyd edib ki, Rusiya tərəfin təklifi sərfəli olub. Əgər ABŞ, nəhayət, sanksiya tətbiq edərsə, Ankara buna cavab verməyə məcbur olacaq.

«Rusiya ilə S-400 sövdəsini heç kim ləğv edə bilməz, bu, artıq baş tutub. Rusiyanvn təklifi sərfəl olub və biz də onu qəbul etmişik. Hazırda Biz, ABŞ-dan «Petriot» sistemləri almağa hazırıq – onların cavabını gözləyirik» - nazir deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar