İslamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alındı
Baxiş sayı:
Dərc olunub:
15/12/2019 - 13:52
2019-cu ilin üçüncü rübündə Almaniyada islamofobiya zəminində 187 cinayət hadisəsi qeydə alınıb.Türk mətbuatı bildirir ki, bu barədə Almaniya hökuməti bildirib.
Bu cinayətlər nəticəsində 8 nəfər yaralanıb. Hadisələrlə əlaqədar 8 nəfər saxlanılıb, onların 6-ı Hessen federativ ərazisinin payına düşür.
Bildirilir ki, islamofobiya ilə bağlı 187 cinayət hadisəsinin 25-i məscidlərdə və ibadət evlərində törədilib. Bu halda xəbərdə qeyd edilir ki, göstərilən rəqəm son olmaya və arta bilər.
Daha əvvəl alman hökuməti bildirib ki, 2019-cu ilin ikinci rübündə Almaniyada islamofobiya zəminində 165 cinayət hadisəsi qeydə alınıb. Ancaq sonra bu göstərici 222-dək artıb.
İlin birinci rübündə isə islamofobiya zəminində 132 cinayət hadisəsi qeydə alınıb.
Son yazılar
11:19
“Biz Rusiyaya xəbərdarlıq etmişdik...” - ABŞ ATACMS raketlərini gizli şəkildə Ukraynaya ötürüb
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.