Sülhəddin Əkbərin partiyası da seçkilərə qatılmaqdan imtina etdi

Azərbaycanda daha bir siyasi partiya 2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməmək haqda qərar verib.

Strateq.az xəbər verir ki, Elçibəy hakimiyyəti dövründə Milli Təhlükəsizlik nazirinin birinci müavini vəzifəsini tutmuş, tanınmış analitik Sülhəddin Əkbərin rəhbərlik etdiyi Azad Demokratlar Partiyasının Ali Məclisinin şənbə günü keçirilən toplantısında seçkidə iştirak etməmək haqda qərar qəbul edilib.

Partiya üzvləri qərarlarını belə əsaslandırıblar ki, mövcud ictimai-siyasi şərait ölkədə demokraik seçkilərə imkan vermir.

Ali Məclisin qərarında ölkədə siyasi azadlıqların məhdudlaşdırıldığı qeyd olunur, o cümlədən 06 iyul 2014-cü ildə təsis edilmiş Azad Demokratlar Partiyasının bugünədək rəsmi dövlət qeydiyyatına alınmadığı və fəaliyyəti üçün şərait yaradılmadığı, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya komissiyasının seçkilərlə bağlı təkliflərinin Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınmadığı xüsusi vurğulanır.

Xatırladaq ki, ölkədəki mövcud siyasi qüvvələrdən hələlik yalnız Milli Şura seçkiləri boykot etdiyini elan edib, MSK-nın rəsmi məlumatına görəsə bugünədək 9 siyasi partiya seçkidə iştirak üçün qeydiyyatdan keçib.

635x100

Şərhlər

eloqlu 2019-12-16 07:27:21

Eslinde ishtrak etmek lazim )))) onsuzda saxtakarliq olacaq

Seçici 2019-12-15 19:23:30

Siyahi "deputatlardan" təşkil olunmuş "Milli Məclis" adlanan qurum ölkəyə lazşmdırmı? Yoxsa sərbəst seçki,normal namizəd irəli sürmə aparmaqla əhalinin seçkilərə marağını artırmaqla saxtakarlığın qarşısını almaqla keçirilə seçki? Belə bir sorğunun aparılmasına ehtiyac vardır. Millət sçki ab-havasına düşər..

Son yazılar