Bakıda avtomobil 19 yaşlı gənci vurub

Bakıda 19 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində 2000-ci il təvəllüdlü Seyidov Amin Müşviq oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.
635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar