İncirlik bazasından Ankaranın icazəsi ilə istifadə edirik - Pentaqon

Birləşmiş Ştatlar Türkiyənin hərbi bazalarından, o cümlədən İncirlik aviabazasından yalnız Ankaranın icazəsi ilə istifadə edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Pentaqon Rusiyanın S-400 zenit raket sistemlərinin almasına görə Ankaraya qarşı sanksiyaların tətbiq ediləcəyi halda Türkiyənin İncirlik və Kürəcik bazalarının ABŞ-ın üzünə bağlana biləcəyi haqqında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini belə şərh edib.

"Türkiyə bazalarında, o cümlədən İncirlikdə ABŞ hərbi qüvvələrinin mövcudluğu Türkiyə hökumətinin icazəsi ilə həyata keçirilir. Biz hərbi qüvvələrimizin Türkiyədəki statusuna çoxillik sadiqliyimizin və NATO üzrə müttəfiqimizin və strateji partnyorumuzun müdafiəsi kimi baxırıq", - deyə Pentaqondan bildirilib.

ABŞ-ın Müdаfiə Nаzirliyində qeyd edilib ki, Türkiyə Əfqanıstandakı, Kosovodakı, İraqdakı missiyaya (NATO) öz töhfəsini verir və bu əhəmiyyətlidir. Pentaqon bu münasibətləri qorumağa çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar