3 uşaq anası iş yerindən çıxaraq itkin düşüb

Qazax rayonunda 28 yaşlı qadın itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə dekabrın 14-də baş verib.

Belə ki, Ağstafa rayon sakini, 1991-ci il təvəllüdlü Nigar Əsgərova Qazax rayon ərazisində yerləşən işlədiyi çörək sexindən çıxıb, lakin o, yaşadığı Ağstafa rayon Dağkəsəmən kəndindəki evinə geri qayıtmayıb.

Daha sonra onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Araşdırma əsasında məlum olub ki, N.Əsgərova itkin düşməmişdən əvvəl onu sonuncu dəfə anası Qazax rayonunda işlədiyi çörək sexində görüb.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Əsgərova 3 uşaq anasıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar