Bakıda nənə və nəvəsi dəm qazından boğulub

Bakıda iki nəfər dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində qeydə alınıb.

Orada yaşayan 1953-cü il təvəllüdlü Əminə Mirzəzadə və nəvəsi 2003-cü il təvəllüdlü Əminə Mirzəzadə evlərinin hamamında dəm qazından boğulublar.

Onların meyitləri yaxınları tərəfindən aşkarlanıb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

t.ədalət 2019-12-16 12:10:30

Çirkli qazın hesabına ölənlərin sayı artsa da heç kəsə cəza verilmir.

Son yazılar