“Türkiyə NATO-dan çıxmayacaq” - Hulusi Akar

Türkiyə NATO-nun əsas üzvüdür və hərbi alyansı tərk etmək niyyəti yoxdur. 

Belə bəyanatla Müdafiə naziri Hulusi Akar dekabrın 15-də Qətərdə 2019-cu il Doha qlobal təhlükəsizlik forumundan çıxış edib. Münhen Təhlükəsizlik Konfransının sədri Volfgang Isçinger nazirdən Türkiyənin Rusiyadan təkmil raket sistemi almaq səbəbini soruşub. Akar bu suala cavabında Ankaranın NATO missiyasına sadiq qaldığını vurğulayıb.

“Biz NATO-da qalırıq və heç yerə getmirik. Ankaranın mövqeyi belədir ki, hərbi-siyasi blokda üzvlük dəyişməz qalır”, – o deyib.

Akar əlavə edib ki, Türkiyə alyans çərçivəsində uyğun tapşırıqlarının icrasını davam etdirəcək: “Türkiyənin, Qətər daxil, NATO üzvü olmayan digər ölkələrlə əlaqələri alyansın maraqlarına zidd deyil. Doha ilə bütün sahələrdə təcrübə və potensial paylaşırıq. Digər ölkələrlə əməkdaşlıq siyasəti NATO-ya, yaxud AB ilə yaxınlaşmağa alternativ deyil”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar