Çin Mərkəzi Bankı yuanın kursunu dollara qarşı möhkəmləndirib

Çin Xalq Bankı (Mərkəzi Bank) jenminbinin (Çin valyutasının rəsmi adı) kursunu 241 bənd artıraraq 1 dollar görə 6,9915 yuan səviyyəsinə qaldırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, tənzimləyicinin statistikasına əsasən, bu, avqustun 6-dan bu yana olan maksimum dəyərdir.

Noyabrın 12-dən bu yana ilk dəfə valyuta cütünün məzənnəsi 1 dollar üçün 7 yuan kritik həddindən yuxarı qalxıb. Tərəddüd amplitudası - 241 bazis bəndi - noyabrın 6-dan bu yana maksimum olub.

Yerli ekspertlər hesab edirlər ki, gələn il Çin iqtisadiyyatı davamlı inkişafını davam etdirəcək, maliyyə bazarlarının açıqlığı artacaq, xarici sərmayəçilər Çin kapital bazarına nikbin baxacaqlar. Onların fikrincə, yuanın dollara olan məzənnəsi ümumilikdə sabitdir və məqbul həddə dəyişir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar