Ermənistanın keçmiş prezidenti ilə sabiq nazir üzləşdirilib

Ermənistanın Xüsusi İstintaq Xidmətində ölkənin keçmiş prezidenti Serj Sarqsyanla sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanın iştirakı ilə üzləşmə keçirilib.

“Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, Serj Sarqsyanın üzləşməsi barədə vəkili Aram Makinyan bildirib.

Vəkil Sarqsyanla kimin və harada üzləşməsinin keçirildiyi barədə məlumat verməyib.

Onun sözlərinə görə, üzləşmə dövlət əmlakının mənimsənilməsi faktı üzrə cinayət işi çərçivəsində aparılıb.

Məlumata görə, bir müddət əvvəl Serqo Karapetyanın Sarqsyana qarşı ifadə verdiyi barədə xəbərlər yayılmışdı.

Ermənistanın keçmiş prezidenti 2013-cü il yanvarın 25-dən fevralın 7-dək 498 mln. dram (bir milyon dollardan artıq) məbləğində dövlət əmlakını mənimsəmək və talan etməkdə ittiham olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar