Avropa Liqasında 1/16 final cütləri bəlli olub

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 32 komanda 16 cütlük təşkil edib.

Qrup səddini adlayan 24 komanda və Çempionlar Liqasından gələn 8 klubun rəqibləri bəlli olub. Qonşu Türkiyənin mübarizəni davam etdirən yeganə təmsilçisi “Başakşəhər”in də qarşılaşacağı komanda müəyyənləşib.

İstanbul klubu 1/16 finalda Portuqaliya “Sportinq”i ilə görüşəcək. Türkiyəlilər ilk matçı səfərdə keçirəcəklər.

Qeyd edək ki, 1/16 finalın oyunları 2020-ci il fevralın 20-də və 27-də keçiriləcək.

Avropa Liqası
1/16 final

“Vulverhempton” (İngiltərə) - “Espanyol” (İspaniya)
“Sportinq” (Portuqaliya) - “Başakşəhər” (Türkiyə)
“Xetafe” (İspaniya) - “Ayaks” (Hollandiya)
“Bayer” (Almaniya) - “Porto” (Portuqaliya)
“Kopenhagen” (Danimarka) - “Seltik” (Şotlandiya)
APOEL (Kipr) - “Bazel” (İsveçrə)
ÇFR (Rumıniya) - “Sevilya” (İspaniya)
“Olimpiakos” (Yunanıstan) - “Arsenal” (İngiltərə)
“Alkmaar” (Hollandiya) - LASK (Avstriya)
“Brügge” (Belçika) - “Mançester Yunayted” (İngiltərə)
“Lüdoqorets” (Bolqarıstan) - “İnter” (İtaliya)
“Ayntraxt” (Almaniya) - “Zalsburq” (Avstriya)
“Şaxtyor” (Ukrayna) - “Benfika” (Portuqaliya)
“Volfsburq” (Almaniya) - “Malmö” (İsveç)
“Roma” (İtaliya) - “Gent” (Belçika)

“Reyncers” (Şotlandiya) - “Braqa” (Portuqaliya)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar