ZEYNƏB XANLAROVA XEYRİYYƏ FONDU TƏSİS EDİB - ABŞ həyatı ilə bağlı ilginc məlumatlar (FOTOLAR)

“Xalq artisti, deputat Zeynəb Xanlarova ABŞ-a köçü 2012-ci ildən başlayıb. O, hələ 7 il əvvəl Amerikada ZEYNAB KHANLAROVA FOUNDATION-u təsis edib. Orada xeyriyyəçiliklə məşğuldur”. 

AzPolitika.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib.

Jurnalist sosial şəbəkədəki hesabında yazıb ki, Z. Xanlarova 2013-cü ildə ABŞ-ın Brooklyn şəhəri, Sheepshead Bay Rd 1629 ünvanında 3 mərtəbəli bina tikdirib. “Binanın 3-cü mərtəbəsində fondun ofisi yerləşir. İkinci mərtəbə isə yerli hüquq firmalarından birinə icarəyə verilib. Ən alt qatında isə Avropa mətbəxi ilə tanınan "Esquiri" restoranı yerləşir. 232.2 kv. m. sahəsi olan restoran illik 120 min dollara icarəyə verilib. Yəni, aylıq icarəsi 10 min dollar. İcarədən gələn vəsait isə Amerikada xeyriyyə işləri ilə məşğul olan fonda gedir” – C. Həsənli qeyd edib. Araşdırmaçı jurnalist xatırladıb ki, bu müddət ərzində Zeynəb Xanlarova Milli Məclisdən ayda 2598 manat maaş alıb. Ara-sıra Azərbaycana gəlib-gedib, deputat maaşına ehtiyacı olmayıb, amma maaş cədvəlinə qol çəkib”.





AzPolitika.info

635x100

Şərhlər

Millikişi 2019-12-18 10:25:30

Zeynəb Kambocaya da köçə bilər bu onun hüququdur. Amma bu məsələnin düşündürücü tərəfi var. Zeynəb nə elə savad, nə də zəka sahibi deyil ki, gedib Bruklində 3 mərtəbəli bina tikdirsin, bizneslə, üstəlik xeyriyyəçiliklə (??!!) məşğul olsun. Araşdırmalar tamamilə yarımçıqdır. Zeynəbin Bakıda da çox böyük və gizli saxlanılan tikinti biznesi var. Bu işləri ya oğlu görür, ya da şərikləri. Zeynəbin Bakıdakı «krışalığındakı» toxunulmaz biznes şəbəkəsi ona inanılmaz gəlir gətirir, amma ABŞ-da krışavatlıq, Azərbaycanın, Ermənistanın və SSRİ-nin xalq artistliyi keçmir. Zeynəb təkbaşına orada it damı da tikə bilməz, üstəlik çirkli pullarını camaşırxanaya apara bilməz. Zeynəb elə Zamirədir, sadəcə xalqı fərqli yollarla soyublar.

oleq 2019-12-17 18:07:22

vətənində bu fonduetməyib,yadlara edən adamın adına biz MANQURD deyirik

eloqlu 2019-12-17 12:44:59

Haramin olsun ) xalq artisti yox ... . ,,,,,,,

Düz danışan 2019-12-17 12:34:41

Yaxşı xatırlayıram keçən əsrin 90-cı illərində ANS televiziyasında bir kasıb kişi 6-7 yaşlı qızının əlindən tutub ev olduğunu, çox kasıb yaşadığını, ona kömək olunmasını istəyirdi. Xüsusilə bir otaqlı evlə təmin olunmasını yalvara-yalvara xalqdan imdad diləyirdi. Çox ağır mənzərə idi. Bu zaman həmin kişinin gözü yaxınlıqdan keçən Zeynəb Xanlarovaya sataşdı. Yalvardı ki, ev almaqda ona yardımçı olsun. Zeynəb xanım gülə-gülə (mənə elə gəlirdi ki, bu gülüş acı-acı idi) söz verdi. Bir həftə sonra ANS televiziyasının əməkdaşları həmin kişinin taleyi ilə maraqlandılar. Məlum oldu ki, Zeynəb xanım ona yalnız bir şirvan (pulu belə adlandırırdılar) verib başından eləmişdi. Xeyriyyəçilik edən insan Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva, H.Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva kimi olar. Elədikləri xeyriyyəçiliyin yalnız biz bir faizini bilirik. Yadda saxlayın ki, əvvəl evin içi, sonra bayırı.

Cabir 2019-12-17 12:20:50

Belə halda bıs onu necə deputat rdiblr və məqsəd nə olub? Spekulyasoya? Axı o 2012-ci ildən Amerika həyatına baçlayıbsa necə deputat verilib və seçilib.Hətta incəsənət adamlarının Prezidentlə görüşünə dəvət olunur.Belə anlaşılmazlıqlarla millətə nə demək istəyirlər?eylu's

Son yazılar