“Türkiyə tayfa dövləti deyil!” - Ərdoğandan ABŞ-a mesaj

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan ölkə ərazisində yerləşən iki hərbi-hava bazasının bağlanması barədəki söz-söhbətləri şərh edərkən bildirib ki, bu barədə qərar vermək Ankaranın hüququdur.

«Ehtiac yaranacağı təqdirdə biz, «İncirlik» və «Kürəcik» bazalarını bağlamaq hüquqna malikik. Əgər Türkiyənin əleyhinə sanksiya tətbiq olunarsa, Ankara buna «güzgü əksi» ilə cavab verəcək. Mühümdür ki, Vaşinqton Türkiyə ilə münasibətlərə bərpaolunmaz zərər vura biləcək addımlar atmasın» - deyə, prezident bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə - «tayfa dövləti» yox, 2 min ildən artıq tarixə malik ölkədir.

«Ankara yüksək səviyyəli münasibətlərə layiqdir. İstənilən digər yanaşmaya adekvat cavab veriləcək» - Ərdoğan bəyan edib.

Bu zaman, dövlət başçısı Amerika Birləşmiş Ştatlarını Türkiyənin NATO çərçivəsində strateji həmkarı olduğunu nəzərə almağa çağırıb. 

«Əgər ABŞ tərəfi Türkiyə ilə tarixi dostluq münasibətlərini nəzərə almazsa, o zaman şübhəsiz ki, Ankaranın Vaşinqtona yetərincə cavab imkanları var» - deyə, Ərdoğan xəbərdaplıq edib.

Xəbər verildiyi kimi, ötən həftə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da bu məsələni qaldırıb. Xəbərdarlıq o məqamda edilib ki, ABŞ senatorları NATO üzrə müttəfiqin cəzalandırılması tədbirləri barədə qərarı səsverməyə hazrlaydrdılar.

«Amerikalı senatorlar anlamalıdırlar ki, sansiyaların tətbiqi ilə heç nəyə nail olmaq mümkün deyil. Əgər Birləşmiş Ştatlar bizə pozitiv yanaşsa, o zaman biz də pozitiv reaksiya verəcəyik. Ancaq əgər onlar neqativə əl atsalar, biz də adekvat cavab verəcəyik» - deyə, Çavuşoğlu dekabrın 11-də xəbərdarlıq edib.

AzPolitika.info

635x100

Şərhlər

vuqar 2019-12-17 23:03:17

Erdogan abi bunlari qabaqdan dusunmeli idi biz sade insanlar butun bu hadiseleri onceden gorsekde dunya capli bir siyasetcinin bu seyleri gormemesi mumkunsuzdur demeli emosiyaya qapilmaq lazim deyil artiq ABS.la munasibetler artan yox azalan xett uzre getmesi deqiqdir!Calisib zererin yarisindan donmeyi bacarmaqdir!ALLAH TURKU QORUSUN!AMIN!

Son yazılar