ƏLI HƏSƏNOV YENİ İŞ YERİNİN FOTOLARINI YAYDI - "Ora ara-sıra gedirəm"

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov paytaxtın Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) binasında özünə yeni qərargah seçməsi barədə ötən gün demokrat.az xəbər portalında gedən yazıya reaksiya verib.

Əli Həsənov bu gün sayta yeni iş otağında çəkilən fotolarını göndərərək bildirib ki, o, Beynəlxalq Mətbuat Mərkəzinin binasına ara-sıra gedir: "Mənim təzə iş yerim və kabinetim Prezident Yanında Dövlət İdarəçilik Akademiyasındadır. Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiriyəm. Beynəlxalq Mətbuat Mərkəzində isə mənim baş redaktoru olduğum "Geostrategiya" jurnalı yerləşir".

Əli Həsənov elmi fəaliyyətlə məşğul olduğunu bildirib: "Hazırda elmi fəaliyyətlə məşğul oluram. Sizə söz verirəm ki, bununla bağlı ilk müsahibəmi də sizə verəcəm. İşinizdə uğurlar arzu edirəm...".

635x100

Şərhlər

Azər Bayramov 2019-12-19 11:28:23

Bunlar kimə lazımdır. .... BU var-dövləti o necə,hansı vısaitlə əldə edib?.....Ona görə o araşdırılmalıdır....

ELİF 2019-12-19 09:33:45

KAFEDRANIN İKİ FƏRQLİ QAPISI OLURMU?

vidadi 2019-12-19 09:16:06

Allah sen saxla bizim kissincerimiz variymish

Tahir 2019-12-19 08:52:41

Yəni "Yıxılmadım, ayaqdayam.........." demək istəyir.....

GÜLYAZ 2019-12-18 17:34:10

onun elmi də özünə oxşayacaq.

безымянный 2019-12-18 16:36:21

этот человек вообще знает,что такой наука

Omer 2019-12-18 16:14:37

Muellim biz sizi, zizin ozunuz kimi, bas nazir gorurduk. Siz hara getdiniz.? Iller uzunu danisiqlarinizin qiymeti bilinmedi? Bunada sukur.. Ugurlar

Son yazılar