AZƏRBAYCANDA DAHA BİR SENSASİYALI HƏBS - YAP sədrinin oğlu saxlanıldı

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

F.Ağayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

635x100

Şərhlər

Cəbrayıl 2019-12-19 17:43:23

Maşaallah! Öz ailəsinin tərbiyəsi ilə məşğul ola bilməyən adam necə YAP-da sədr olur? DEməli burada baçqa səbəblər var.Tutmasa idilər hökmən kənd bələdiyyədinin sədri təyin edilib.torpaqlrı satmaqla,özəlləşdirməklə məşğul olacaqdı.Bu şübhəsiz!YAP-ın bundan artıq namizədləri olmaz ki!

Son yazılar