İCRA BAŞÇISI VƏ KOMANDASI NİYƏ HƏBS EDİLDİ? - Davamı olacaq... (Operativ şərh)

2005-ci ilin parlament seçkiləri ərəfəsində baş verən olaylardan sonra Azərbaycanda ilk dəfə yüksək rütbəli dövlət məmuru - Ağstafa rayon icra hakimiyyətinin başçsı və müavinləri kabinetdə həbs edilir. 14 il əvvəl əvvəl də keçmiş Səhiyyə naziri Əli İnsanovun, İqtisadi inkişaf naziri Fərhad Əliyevin və başqalarının həbsi parlament seçkiləri ərəfəsinə təsadüf etmişdi. Postsovet məkanını ağuşuna alan "narıncı inqilab" dalğası Azərbaycan sərhədlərinə çatmışdı, müxalifət fəallaşmışdı, hakimiyyət dairələrində bəzi məmurlar mərkəzdənqaçmaya meyl göstərirdilər. Amma oktyabrın 19-da həyata keçirilən həbslər prosesləri öz məcrasına qaytarmağa şərait yaratdı.

Yenə Azərbaycanda seçki ərəfəsidir, amma müxalifətin fəallığının payız mövsümü arxada qalıb. Bu dəfə aşağıdan təzyiqlə deyil, "yuxarıdan" ciddi islahatlara strat verilib. Hakimiyyətdə çox ciddi dəyişikliklər aparılıb və proses davam edir. Prezident tərəfindən cəmiyyətə verilən ən mühüm mesaj ondan ibarətdir ki, idarəçiliyə gətirilən yeni komanda tamamilə sivil dünyanın çağırışlarına cavab verir, şəffaf, korrupsiyadan, bürokratiyadan uzaq, vətəndaş məmnunluğunu təmin etməyə qadirdir. Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün güclü siyasi iradə var. Bu yolda bütün maneələr aradan qaldırılacaq, müqavimət elementləri darmadağın ediləcək.

Ağstafanı idarə edən məmurların bir gecənin içində həbs edilməsinin sözegedən prosesin tərkib hissəsidir. Bu iddianı təsdiq edən bir neçə informasiya və ehtimallar var.

Əvvala, Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin olundqudan qısa müddət sonra onun barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlanıb. İcra başçısı bu kasıb rayonda bütün idarə, müəssisə rəhbərlərini sözün əsl mənasında divara dirəyib haqq tələb edib. N.Quliyevin tələblərini ödəmək üçün bankdan kredit alan, sələmlə pul götürən məmurlar da olub.

İkincisi, İcra başçısı rayondakı bütün gəlirli sahələri öz nəzarətinə keçirib, sahibkarlığın inkişafına ciddi zərbə vurub. Belə ki, Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan kəsim məntəqəsi, köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən "Dost qapısı" və "Lalə" şadlıq sarayı, Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsus olduğu bildirilir. Bununla yanaşı, iddia olunur ki, icra başçısının regionlarda saysız hesabsız daşınmaz əmlakı var.

Əlbəttə, bunlar yerli məmurlara xas əməllərdir və ictimaiyyətə tanışdır. Amma indi şərait kökündən dəyişib.

Prezidentin etimad göstərdiyi kadrlardan ancaq əhalinin problemlərini həll etmək, rayonda real sosial-iqtisadi inkişafı təmin etmək tələb olunur. Bu istiqamətdə dövlətin maliyyə və s. imkanları da səfərbər olunur.

Belə bir vaxtda Nizaməddin Quliyev in və onun komandasının vacib dövlət tapşırıqlarını kənara atıb, korrupsiya və rüşvətlə, reketliklə şəxsi mənafelərinin arxasınca düşməsi hökumətin siyasətinin sabotaj etməkdir. Ona qarşı adekvat, kəskin addımın atılması hakimiyyət sistemində, xüsusən yerli idaərçilikdə keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər.

Bununla artıq korrupsiyaya qarşı barışmaz münasibət ifadə olunub və bütün məmur korpusuna mesaj verilib ki, onların üzərində hüquq-mühafizə orqanlarının ciddi nəzarəti var. Vətəndaşların ən xırda şikayətləri belə operativ araşdırılacaq.

Prosesin davamı olaraq, əhali arasında nifət qazanmış daha bir neçə belə odioz məmurun həbs ediləcəyi, vəzifədən çıxarılıb istintaqa cəlb edəcəyi gözlənilir.

Prezident bir qədər bəzi rayonlara yeni icra başçıları təyinatları zamanı bu addımların atılacağını anons etmişdi. Bildirmişdi ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübariz dövlətin qarşısında duran ən vacib məsələlərdir, bu istiqamətdə ciddi addımlar atılacaq.

Bu həm idaərçiliyin təsadüfi adamlardan, rüşvətxor, korrupsionerlərdən təmizlənməsi və yeni kadrların irəli çəkilməsi üçün yaxşı fürsətdir.

Ölkə əhəmiyyətli seçkilər ərəfəsində məmur korpsunun silkələnməsinin başqa nəticələri də olacaq.

Əvvala, hakimiyyət apardığı islahatlara cəmiyyətin ciddi siyasi dəstəyini qazanmaq istəyir. Bu, islahatların davamlı olması, genişləndirilməsi və "toxunulmaz" hesab olunan sahələrdə ciddi dəyişikliklərin aparılması üçün vacibdir.

İkincisi, formalaşan yeni siyasi sistemin ictimaiyyətə müsbət təqdimatıdır. Ki, bundan sonra iqtidarı ancaq savadlı, ləklənməmiş, adı natəmiz əməllərdə hallanmayan məmurlar təmsil edəcək.

N.Quliyev kimi müxtəlif əlaqələri hesabında hakimiyyətdə post tutmuş korrupsionerlərə yer yoxdur Necə ki, onları bəsələyən, himayə edən odioz məmurlar daha bu komandada təmsil olunmurlar.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Dövlətimizi sevən 2019-12-20 17:57:37

Cənab Prezidentimizin işgüzar nüfuzuna xələl gətirən məmurlar haqqında ciddi tədbirlər görülməlidir.... 23.12.2019-cu il Bələdiyyə seçkiləri günüdür, həmin gün Şəkinin seçki məntəqələrinə nəzarət etmək lazımdır. Seçki məntəqələrinə nəzarət olsa, haqq ədalət qalib gələr, məmur özbaşnalıqlarına son qoyular...

Cəmşid Dərələyəzli 2019-12-20 13:05:46

Rayon icra hakimiyyəti işçilərinin həbs edilməsi, artıq bu ölkədə qanunun şah olacağına ümidləri daha çox artırmış oldu. Illedir deyirdik ki, neçə ki ölkədə məmur cəzasızlığı höküm sürür, bütün qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə olaraq zaman aparacaq. Ona görə də bu əzmikarlığa devam deyirik. İstərdik bunun gözünə digər qudurğan memur və icra başçıları da qatılsın. Çünki, görünən o ki, onlara Ölkə Başçısının dəfələrlə etdiyi xəbərdarlıqlar kar salmadı. Deməli ilan ulduz görməyincə ölməz. Onlardan biri də 3 idən artıqdır, 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallah Rayon təşkilatının keçmiş sədri Manaf Manafovu illərdir öz çətiri altında qoruyub-qollanan, yüksək vəzifədə saxlayıb, rayon ictimayyəti içərisində böyük narazılıq yardan və bu yöndə Cənab Prezidentin qeyd etdiyimiz tapşırıqlarına mehel belə qoymayan Pirallahının Başçısı Vasif İmanovdur. Artıq bu qabildən olan her kes emelinin bedelini ödəməlidir. Məsuliyyət hisslərini itirmiş bu zadları islah etse-etse zindan edecek. Ölkə Başçısının bütün bu qətiyyətinin arxasındayıq, Devam!

Cəmşid Dərələyəzli 2019-12-19 23:06:10

Ölkədə nəhayyətdə qanunun şah olacağının işartıları görünməkdə. inşallah yanılmarıq. İllərlə biunu deyirik. Deyirik ki, neçə ki ölkədə məmur cəzasızlığı höküm sürür, bütün hədəflərə ulaşmaq sadəcə olaraq zaman aparacaq. Ona görə də Ölkə Başçısının əzmikarlığının artmasına devamı deyirik. Bütün atacağın addımlarda arxandayıq deyirik. Bunun gözünə 3 idən artıqdır, 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallah Rayon təşkilatının keçmiş sədri Manaf Manafovun və illərdir onu öz çətiri altında qoruyub-qollanan və bu yöndə Ölkə Başçısının bütün tapşırıqlarına sayqısızlıq yapan Pirallahının Başçısı Vasif İmanov kimi sayqısız məmurların da cəzalandırılmasını istəyirik.

Ədalət 2019-12-19 18:44:50

Onun oğulları onu baraxdiracaq

Nazim 2019-12-19 18:43:13

Yaziniz heqiqeti eks etdirmekden cox informasiya xarakteli yazidir.Dediyiniz menimseme siyaseti olkenin hansi bolgesinde yoxdur ki?He eyer idda edirsiniz ki bu barede artiq dur emri verilib .Buda sehv fikirdir.Eyer karrupsiya ile heqiqi mubarize islahatlarina start verilmis olsaydi onda bu is ilk one manapolya ve komruk komitelerinden baslanmali idi.Dediyiniz melum icra bascisinin hebsi ise sadece klanlar arasi muharibenin bariz numunesidir vesselam..

Son yazılar