PREZİDENT BU İCRA BAŞÇILARINI HƏDƏLƏDİ - "İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq..."

"Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər.". Bunu Prezident İlham Əliyev dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı keçirilən müşavirədə giriş nitqində söyləyib.

"Ancaq əlbəttə ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənə bilmərik. Hazırda kənd təsərrüfatı sahəsində çox ciddi islahatlar aparılır, şəffaflıqla, subsidiyalarla bağlı yeni mexanizmlər tətbiq edilir. Əvvəlki dövrlərdə həm mərkəzi, həm də yerli icra orqanları tərəfindən subsidiyalarla bağlı böyük pozuntular var idi. Buna son qoyulur və son qoyulmalıdır. Bu sahədə və bütün başqa sahələrdə tam şəffaflıq olmalıdır, o cümlədən ödənişli ictimai iş yerlərinin yaradılması ilə bağlı. Artıq bir neçə icra başçısı vəzifədən çıxarıldı və səbəblərdən biri də o idi ki, onlar kasıb vətəndaşlar üçün nəzərdə tutulan vəsaiti ora-bura xərcləyirdilər. O siyahılara ya öz qohumlarını yazdırırdılar, ya da ki, ümumiyyətlə, o vəsait ünvana çatmırdı. Belə siqnallar olub, onlar araşdırılır və daha da ciddi araşdırılacaq. İş təkcə inzibati cəza ilə məhdudlaşmayacaq və bunu hər kəs eşitsin, bilsin, burada oturanlar və burada olmayanlar. Ona görə hər yerdə şəffaflıq, dövlətə və xalqa, vətəndaşlara xidmət etmək əsas prinsip olmalıdır ki, vətəndaşlar dövlətin diqqətini daim hiss eləsinlər, necə ki, biz hər bir çətin anda vətəndaşın yanındayıq", - dövlət başçısı qeyd edib.

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2019-12-20 13:05:01

Rayon icra hakimiyyəti işçilərinin həbs edilməsi, artıq bu ölkədə qanunun şah olacağına ümidləri daha çox artırmış oldu. Illedir deyirdik ki, neçə ki ölkədə məmur cəzasızlığı höküm sürür, bütün qarşıya qoyulan hədəflərə ulaşmaq sadəcə olaraq zaman aparacaq. Ona görə də bu əzmikarlığa devam deyirik. İstərdik bunun gözünə digər qudurğan memur və icra başçıları da qatılsın. Çünki, görünən o ki, onlara Ölkə Başçısının dəfələrlə etdiyi xəbərdarlıqlar kar salmadı. Deməli ilan ulduz görməyincə ölməz. Onlardan biri də 3 idən artıqdır, 02.09.2016-cı ildə ölüm hadisəsinin iştirakçısı olmuş YAP Pirallah Rayon təşkilatının keçmiş sədri Manaf Manafovu illərdir öz çətiri altında qoruyub-qollanan, yüksək vəzifədə saxlayıb, rayon ictimayyəti içərisində böyük narazılıq yardan və bu yöndə Cənab Prezidentin qeyd etdiyimiz tapşırıqlarına mehel belə qoymayan Pirallahının Başçısı Vasif İmanovdur. Artıq bu qabildən olan her kes emelinin bedelini ödəməlidir. Məsuliyyət hisslərini itirmiş bu zadları islah etse-etse zindan edecek. Ölkə Başçısının bütün bu qətiyyətinin arxasındayıq, Devam!

Azəri 2019-12-19 23:13:06

Çox sağ olun Cənab Prizident.Biz sizi dəstəkləyirik.Apardığınız islahatlardan çox sevinirik.

Son yazılar