YAP-ın SİYAHISI HAZIRDIR - Bitərəflərə və müxalifətə "güzəştə gedilən" dairələr məlum oldu

Bələdiyyə seçkilərindən dərhal sonra Yeni Azərbaycan Partiyası (YAP) namizədlərini elan edəcək. Etibarlı mənbədən AzPolitika.info-ya daxil olan məlumata görə, artıq hakim partiyanın siyahısı hazırdır. Uzun və gərgin müzakirələrdən sonra keçmiş deputatlardan, yeni simalardan ibarət adlar rəhbərliyə təqdim olunub.

Mənbə bildirib ki, YAP-ı parlamentdə təmsil edən yaşlı nəslin əksər nümayəndələri, Naxçıvandan seçilən deputatlar istisna olmaqla, siyahıya salınmayıb. Bu barədə onların özləri ilə də müvafiq söhbətlər aparılıb. Həmçinin, bir neçə "özünü doğrultmayan" deputatlar da iddiaçılar siyahısından kənarda qalıb. Hakim partiyanın üstünlük verdiyi yeni simaların bir qismi aşağı strukturlarda təmsil olunan gənclərdir.

Onları seçmək də o qədər asan olmayıb. Rəhbərlikdən verilən tapşırığa uyğun olaraq, namizədlərin bilik, bacarıq, ictimai nüfuz kimi vacib keyfiyyətləri ilə yanaşı, onların qohumluq əlaqələri, valideyinlərinin fəaliyyət dairəsi də ciddi araşdırılıb.

Məlumatarda qeyd olunur ki, hakim partiya təxminən 40-45 arası dairədə prinsipial namizəd irəli sürməyəcək. Bu yerlər hakimiyyətin də parlamentə düşməsində maraqlı olduğu bitərəflər, habelə konstruktiv müxalifət nümayəndələri üçün saxlanılıb.

Dünən QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev əvvəl seçildiyi 8 saylı Binəqədi Birinci Seçki Dairəsindən, Adil Əliyev də bir neçə dəfə ard-arda təmsil etdiyi 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən, AVP sədri Fəzali Ağamalı 60 Saylı Salyan-Neftçala Seçki Dairəsindən, keçmiş maliyyə naziri Fikrət Yusifov 41 saylı Sumqayıt Birinci Seçki Dairəsən namizədliklərini irəli sürüblər.

Qısa müddətdə sözügedən 40-45 Seçki Dairəsində də hakimiyyətin seçilməsində maraqlı olduğu namizədələrin adları məlum olacaq.

AzPolitika.info 

635x100

Şərhlər

Qaxlı 2019-12-27 01:06:08

Hal hazırda köhnə deputatlardan olan Azər Kərimli də Qaxdan yenidən deputatlığa iddialıdır.Lal deputat imici qazanmış bu insan 2000-ci ildən Qaxdan deputat "seçilib"Hal-hazırda o geniş maliyyə imkanlarından istifadə edərək onu seçmək istəməyən Qax seçicilərinin sözün əsil mənasında qanını içməyə hazırdır.Deyirlər zalımın axırı çatanda zülmü ərşə dirənər.

islahat 2019-12-23 14:12:40

2015-ci ildə olduğu kimi Azay Quliyev yenə QHT sədrlərini tökəcək Binəqədi rayonunun küçələrinə təbliğat adı ilə. İndi 2020-ci il üçün müsabiqə elan olunub. Daha çox yaltaqlanıb Azay müəllimi tərifləyən QHT sədrlərinə daha yüksək məbləğ verəcəklər. Şuira prezidenti və icraçı direktoru dövlətin ayırdığı pulları atalarının malı hesab edirlər. Kimə nə qədər istəyir verir, "QHT sədri" demişkən sonra da otkat alırlar. Layihəsinin adını belə bilməyən sədrlər var ki onlara daha çox pul verir heç hesabat da almırlar. Fərasət Qurbanov demişkən "öz əlimizdə deyil məgər?". Ha ha ha ... Dövlətin pulları fontan kimi başlarına tökülür!!! Əvvəl Əli Həsənova arxalanırdılar. Görəsən indi kimə?! Yazıq əziyyət və zəhmət çəkən QHT sədrləri ...

oxucuya 2019-12-23 14:01:01

Hörmətli oxucu! MM-də 5-6 aktiv dediyiniz deputatların millət üçün nə etdiklərini zəhmət olmasa sadalayın. Boş boş danışıb özlərini göstərirlər. Siz onların deputatlıq dövründə qurduqları biznesə, var dövlətə baxın. 100% heç kim xalq üçün heç nə etməyib. Çox danışanlar da çox sərvə\t toplayıb.

Aqa 2019-12-22 18:56:18

MM-kecmiş vəkillərinin icərisində 5-6-nümünəvi insan var ki,onlara səs vermək olar.

Mehman 2019-12-22 18:00:43

Köhnə hamam,köhnə tas.

Səma 2019-12-22 14:30:44

Azay Quliyev 3 dəfə deputat olub. 4-cü dəfə də deputat olmaq istəyir. Budur islahatlar?! QHT nazirindən bir soruşan varmı sən bu millət üçün nə etmisən? QHT-lərə faizlə layihə verib, yuxarıların da haqqını verib deputat olmusan özün və 3 balan üçün topdağıtmaz səltənət qurmusan. İcra başçıları, nazirlər Azay Quliyevin yanında toya bayrama getməlidirlər. Söhbət milyonlardan gedir. Ümumiyyətlə korrupsiya yuvası olan QHT-lərə Dövlət Dəstəyi Şurasını da parlament kimi buraxıb. yeni heyətdə seçmək lazımdır....

QHT sədri 2019-12-22 14:18:47

QHT-lərdən 30 % otkat alınırdı... Əvvəllər Əli Həsənov ona daydaylıq edirdi.... QHT-lərdən yığılan pulla.... Axı, nə edib Azay müəllim bu millət üçün? Dövlətin QHT-lərə ayırdığı pullar hesabına oliqarxa çevrilib. Bəs deyil məgər?! Əgər islahatlar aparılırsa bülələrindən qurtulmağın vaxtı deyil?! Nə qədər olar..

lala Metin 2019-12-22 10:57:41

Biz islahatlarla ayaqlaşa bilmirik deyə özünü buraxan deputatlar necə oldu kik yenidən

Millət 2019-12-21 18:55:18

Bİtərəflərə (əslində onlar bitərəf yox,YAP-çıdırlar.misal zaid Oruc ) və müxalifətə ( yalançı ,səsi eşidilməyən müxalifət) verilən deputat yerləri də YAP tərəfindən siyahiləşdirildiyi öncədən bəlli olduğu halda daha bu qədər vəsait sərf edib kino-komediya düzəltməyin yeri varmı?Seçkini fiktiv təşkil etmək xalqa nə verir? Namizədlər xalq tərəfindən deyil,partiyalar xoşlarına gələni siyahiyə yazıb.Bu zaman seçkiyə lüzummu var?b )ı

OXUCU 2019-12-21 18:19:29

Haqq ədalətlə danışsaq Milli Məclisdə 100% deputatlar yarıtmaz deyil.Onların içində aktiv 5-6 deputat var

Omer 2019-12-21 17:43:17

Bu fezailler, azaylar ozleri dediki bizde alinir, seckiye gedek.. Tezeden ne namizedlik ireli sururler. Ayibdie ayib. En azindan siz bize siyasi medeniyyet gosteris namizedliyinizi vermeil deyilsiz. Ugurlar

Elli 2019-12-21 17:34:01

malades

Elməddin 2019-12-21 13:39:49

Özünün yarıtmaz deputat olduğunu imzası ilə təsdiq edən' MM-in buraxllmasıına nail olan siyahi deputatlar hansı üzlə.hansı şəxsiyyətlə,hansı haql yenidən siyahiyə salınırlar? Bu ayıb deyil? İnsan bir az da özünə hörmət etməlidir.Belələrindən nə millət..nə dövlətə xeyir gəlməz.Bir də ki, bu həbslər YAP partiyasının iç üzünü açdı....Onların verdikləri namizədlər Azərbaycana yalnız utanc gətirir...

t.ədalət 2019-12-21 12:45:31

Eyni dairədən dəfələrlə deputat seçilmək saxtakarlıqdan başqa bir şey deyildir.Onlar,adətən özlərinə imkan yaradan və yaxın icra başçıları tərəfindən yardım edilən müəyyən bir dayaq hesabına seçilirlər.Məlumdur ki,heç kəs seçilmir.Deputatlıq pulla alınır.Yalnız moskvanın siyahısı pulsuz təyin olunur..

Son yazılar