OLİQARX DEPUTAT OĞLUNA DƏBDƏBƏLİ TOY ETDİ - Fotolar +VİDEO

Milli Məclisin deputatı Cavanşir Feyziyev oğlu Orxan Feyziyevə dəbdəbəli toy keçirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, mərasim paytaxtın ən prestijli otellərindən biri "JW Marriott Absheron Baku"-da təşkil olunub. Şəkinin deputatının oğlu Orxan Feyziyev dünən Pınar adlı xanımla ailə həyatı qurub.

Toy mərasimində Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Röya Ayxan, Miri Yusif, müğənni Azad Şabanov, digər populyar ifaçılar və sənət adamları iştirak edib.

Xatırladaq ki, cütlüklər bu ilin oktyabrında nişanlanmışdılar. Onların dəbdəbəli nişan mərasimi "Four Seasons Hotel Baku" otelində baş tutub.

635x100

Şərhlər

t.ədalət 2019-12-23 00:58:29

Cavanşir Feyziyevin var-dövləti dərman pullarından ibarətdir.Xəstələri dərman bahalığı ilə imtahan edənlərin çox dəhşətli bir sonluğu olur,deyirlər..

Son yazılar