ELMAR VƏLİYEVİN ÖVLADLARI DA TÜRKİYƏDƏ BİZNESLƏ MƏŞĞULDUR - 3 şirkət yaradıblar

Gəncə şəhərinin keçmiş icra başçısı Elmar Vəliyevin övladları Türkiyədə mehmanxana biznesi ilə məşğuldurlar.

Bu haqda məlumatı jurnalist Hafiz Babalı paylaşıb. O, bildirib ki, Elmar Vəliyevin övladları 2016-cı ilin noyabr-dekabr aylarında 3 şirkət yaradıblar.

Kübra, Lalə və Elmir Vəliyevlar İstanbuldakı “Vista İnşaat ve Dış Ticaret A.Ş.”, “Costa Turizm İnşaat ve Dış Ticaret A.Ş.” və “Expa Turizm İthalat İhracat ve İnşaat A.Ş.” şirkətlərinin 25/25/50 faiz pay nisbəti ilə payçılarıdır.

Vəliyevlər bu şirkətlərə torlam 300 000 lirə yatırıblar. E. Vəliyevin övladlarının şirkətlərinin üçünün də əsas fəaliyyət sahəsi mehmanxana biznesidir. Bu şirkətlərin üçünə də Elmir Vəliyev başçılıq edir.

Hər üç şirkət Bayrampaşadakı Yenidoğan məhəlləsinin Demirqapı prospekti, Rifatağa Çarşısı, ev 32, 2-ci mərtəbədə yerləşir. Türkiyə mənbələrinə görə, burada 2016-cı ilədək Suz-i Dilara Cafe fəaliyyət göstərib.

Təsis sənədlərində Vəliyevlər yaşayış yeri kimi Bakının Nərimanov rayonundakı Murtuza Nağıyev, 19G nömrəli ev qeyd ediblər.

Xatırladaq ki, 1989-cu il təvəllüdlü olan Elmir Vəliyev atası icra başçısı olduğu zaman Kəpəz futbol klubunun prezidenti kimi fəaliyyət göstərirdi. Hətta son zamanlar o ictimai-siyasi proseslərin də aktiv iştirakçısına çevirilmiş, “Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyini təsis etmişdi. Həmçinin Milli Məclisin sektor müdiri vəzifəsinə təyin edilmişdi.

Elmar Vəliyevin övladları Türkiyədə biznesə başladı

635x100

Şərhlər

Moshu 2019-12-23 16:00:27

Sadə bir məntiq var. Dövlət qulluqçusunun sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməsi qadağandır. Qanunun tələbinə əməl olunmalıdır. Əgər qanunvericilik orqanında qanun yaradıcılığı ilə məşğul olan kəs özü qanunun tələblərini pozursa, yazıq o qanunun başına. Təsəvvür edin, əgər bütün dövlət orqanlarında bütün məmurlar sahikarlıq fəaliyyətilə məşğul olursa, yazıqlar olsun o məmləkətə. Söhbət bu günkü mövzunun qəhrəmanından gedirsə, elə fərz edin ki, Milli Məclisin əməkdalarının böyük əksəriyyəti bizneslə məğuldursa (həqiqətən də belədir), hansı qanun yaradıcılığından söhbət gedə bilər? Milli Məclis ölkə başçısına etdiyi müraciətdə qeyd edilmişdir ki, “öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Milli Məclis hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalamamalı, fəaliyyətini yenidən qurmalıdır. Buna görə də Milli Məclisin Konstitusiyanın 94-95-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərinin yuxarıda qeyd olunan müasir çağırışlara uyğun həyata keçirilməsi və xalqın etimadının yenidən qazanılması üçün Milli Məclis buraxılmalı və parlamentə növbədənkənar seçkilər keçirilməlidir.”. Bəli, bu gün nəinki deputatlar, o cümlədən Milli Məclisin Apparati da ağlar gündədir. Çox güman ki, ölkə başçısı Parlamentin Aparatına da süpürgə çəkməlidir. Təsəvvür edin il ərzində nə qədər vəsait dövlətin büdcəsindən yoxa çıxır? Parlament şişib hara gedir, Hesablama Palatası hara baxır?

vuqar 2019-12-23 15:46:54

Dinimizde haram buyrulan bir sey var ,bes goresen 3-5-10 il vezifede isleyib sonra milyonlara sahib cixanlar dogrudanmi o milyonlari ozleri ucun halal sayirlar!

Son yazılar