PREZİDENT DOĞUM GÜNÜNÜ AİLƏSİ İLƏ QEYD EDİB - Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə şəxsi “Instagram” hesabında paylaşım edib. Leyla Əliyeva paylaşıma belə şərh verib:

“Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əmin-amanlıq, xeyirxahlıq və sevgi hökm sürsün!!! Allah hamınızı qorusun!”

635x100

Şərhlər

Gülzar İbrahimova, s.e.d,prof. 2019-12-25 11:01:50

Təbəssüm insanın daxilindən gələndə üzünə nur qonur. Dövlət başçısı olmaq və dövlətin çoxsaylı vətəndaşlarının çeşidli problemlərini həll etmək, xarici siyasətini görsənən və görsənməyən cəhətləri ilə nizamda saxlamaq üçün balanslaşdırmaq, gələcək təhlükələri neytrallaşdırmaq üçün hər zaman səfərbər olmaq insandan xüsusi güç, fitri bacarıq və gərgin iş rejimi tələb edir. Buna nail olmaq üçün bəzən ən dəyərli nemət olan zamanı bütünlüklə yalnız bu işlərə sərf edirsən. Cənab Prezident, üzünüzdən doğmalarınız, varisləriniz içində hər zaman belə xoşbəxt , nur saçan təbəssüm əskik olmasın, millətimiz önündə fəth etdiyiniz siyasət sirvəsində möhtəşm yeriniz əbədi olsun, biz həmişə Sizinlə qürur duyuruq, siyasətizi dəstəkləyirik.Var olun!

Gülzar İbrahimova, s.e.d,prof. 2019-12-25 11:01:36

Təbəssüm insanın daxilindən gələndə üzünə nur qonur. Dövlət başçısı olmaq və dövlətin çoxsaylı vətəndaşlarının çeşidli problemlərini həll etmək, xarici siyasətini görsənən və görsənməyən cəhətləri ilə nizmda saxlamq üçün balanslaşdırmaq, gələcək təhlükələri neytrallaşdırmaq üçün hər zaman səfərbər olmaq insandan xüsusi güç, fitri bacarıq və gərgin iş rejimi tələb edir. Buna nail olmaq üçün bəzən ən dəyərli nemət olan zamanı bütünlüklə yalnız bu işlərə sərf edirsən. Cənab Prezident, üzünüzdən doğmalarınız, varisləriniz içində hər zaman belə xoşbəxt , nur saçan təbəssüm əskik olmasın, millətimiz önündə fəth etdiyiniz siyasət sirvəsində möhtəşm yeriniz əbədi olsun, biz həmişə Sizinlə qürur duyuruq, siyasətizi dəstəkləyirik.Var olun!

Əyyub Kərimov 2019-12-25 01:23:31

Hörmətli Prezidentimiz! Sizi doğum gününüz münasibəti ilə özüm və ailəm adından ürəkdən təbrik edir, ulu tanrıdan ilk növbədə möhkəm can sağlığı, Azərbaycanımız naminə gördüyünüz titanik işlərdə bol-bol uğurlar arzulayıram. Möhtərəm Prezidentimiz Siz 12 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı açılışında belə bir fikir ifadə etmişdiniz: "Mən çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət azərbaycançılıq ideyası uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil həyat ideyası uğrunda birləşibdir". Bu birliyi ümummilli lider Heydər Əliyev strategiyası, İlham Əliyev praktikası və birinci Vitse-prezident Mehriban xanım Əliyeva lütfikarlığı yaratmışdır. Cənab prezident, hazırda beynəlxalq aləmdə baş verən mürəkkəb, ikili standartlı, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirmək, geosiyasi dəyişikliklərin gedişini xalqımızın maraqları çərçivəsinə yönəltməyə qadir olmaq, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacarmaq, hadisələrin inkişaf axarını qabaqlamaq sizin siyasi lider kimi fəaliyyətinizin səciyyəvi xüsusiyyətləridir. Dünən mətbuat nümayəndələrinə verdiyiniz, cəmiyyətimızın və geopolitikanın bütün sahələrini əhatə edən möhtəşəm və mükəmməl müsahibə hələ uzun müddət təhlil və tədqiq predmetinə çevriləcəkdir. Sizin vətənimizə və xalqımıza dərin məhəbbətinizi ürəkdən duyur, inam və cəsarətlə ölkəmizin çiçəklənməsi üçün atdığınız hər bir addımı-başladığınız köklü islahatlar da daxil olmaqla bir vətəndaş kimi dəstəkləyirəm. Tanrı sizi qorusun.

semed 2019-12-25 00:41:03

ALLAH xosbext elesin ad gununuz mubarek cenab Prezident.

Son yazılar