İLHAM RƏHİMOV SEÇKİ İLƏ BAĞLI QƏRARINI VERİB - Putinin dostuna mənfi cavab verilib?

Azərbaycanlı məşhur iş adamı, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu İlham Rəhimovun parlament seçkilərinə qatılacağı barədə məlumatlar əsassızdır.

Bu barədə AzPolitika.info-ya ona yaxın mənbədən məlumat daxil olub.

Xatırladaq ki, İ.Rəhimov ötən ay mətbuata müsahibəsində parlament seçkilərinə qatılmaq istəyini açıqlamışdı. İş adamı bildirmişidi ki, əgər Tovuz camaatı istəsə, 106 saylı Tovuz-Ağstafa Seçki Dairəsindən namizədliyini irəli sürə bilər.

Əlbəttə, iş adamı bu açıqlama ilə siyasi hakimiyyətə mesaj verib və cavab gözləyib. İlham Rəhimovun seçkilərə qatılmamaq qərarına gəlməsi onun deputat olmaq istəyinə mənfi cavab alması ilə bağlı ola bilər.

Xatırladaq ki, iş adamı 2005-ci il parlament seçkilərində iştirak etsə də, mandat ala bilməmişdi. Sonrakı seçkilərdə o, bir neçə dəfə namizəd olmaq istəyini dilə gətirib, amma niyyətini reallaşdıra bilməyib.

AzPolitika.info

635x100

Şərhlər

Dr.Ağaoğlu 2019-12-26 23:48:02

Professor Ilham Rəhimovun Parlament seckilərində iştirak təşəbbüsü onun özündən deyil,Tovuz rayon secicilərindən gəlib.Onun iştirak qərarı qəbul etməsinə isə kifayət qədər vaxt vardır.Lazım olan prosedurları keçmək onu dəvət edənlər üçün bir neçə günlükdür.Onun deputatlığa yox,Tovuz ehalisinin və Azərbaycanın ehtiya bir neçə günlükdürıraxt var

Bəhram 2019-12-26 11:46:56

Hazırda cənab İ.Rəhimov, Azərbaycan vətəndaşımı ki, MV seçilə bilsin?

t.ədalət 2019-12-25 20:08:22

İlham Rəhimov seçkilərə Azərbaycanda yox,Rusiyada qatılsa yaxşı olar.İndiyədək Azərbaycanın müharıbə yaralarını sarımağa qatlaşmayan,Rusiyanın banklarında olan pullarından ancaq ermənistanın faydalana biləcəyi,onun kimliyini çox gözəl əks etdirir.Dumaya deputat seçilərsə,heç olmasa oradakıların arasında bir azərbaycanlının olduğu nəzərə çarpar.

Son yazılar