2020-Cİ İL ÜÇÜN 10 PROQNOZ – Hansı doğru, hansı yalan oldu?

Əvvəlki dövrlərdə futuristlər, elm adamları və dövlət qurumları 2020-ci illə bağlı proqnozlar səsləndiriblər. Həmin proqnozlardan hansıları həyata keçib, bəs hansılar reallaşmayıb?

“USA Today” nəşri bütün bunlara aydınlıq gətirib.

1. Proqnoz: 2019-cu ilədək insanlar 100 ildən çox yaşayacaq. (Futurist: Rey Kurstveyl, 1999-cu il)

Reallıq: Həyata keçməyib. Kurtsveyl sağlamlıqla əlaqədar cihazların (məsələn, fitnes qolbaqlar, smartfonlara yüklənən “BioScarves” və “EKG” tətbiqləri) meydana çıxması barədə dəqiq proqnoz versə də, insan ömrü ilə bağlı gözləntilərini çox şişirdib. BMT-nin məlumatına əsasən, 2019-cu ildə insanın orta yaşı 72,6 il təşkil edib. 2050-ci ilədək bu rəqəmin 77,1 ilə çatacağı gözlənilir.

2. P: Kompyuterlərin çoxu gözəgörünməz olacaq. Onlar hər yerə - divarlara, stollara, stullara, bəzək əşyalarına və bədənə quraşdırılacaq. (Kurtsveyl)

R: Doğrudur. Dövrümüzdə kompyuterləri istənilən yerə quraşdırmaq olar.

3. P: Kağız kitablar və sənədlərdən nadir halda istifadə ediləcək, onlara nadir halda müraciət ediləcək (Kurtsveyl).

R: Bu, həqiqəti əks etdirmir. Amerika Nəşriyyatlar Birliyinin illik hesabatına əsasən, ABŞ-da kitab nəşriyyatının xalis gəliri 2014-cü ildən zəifləməyə başlayıb. Lakin ötən il bu sahə 675 milyon çap edilmiş kitab buraxıb və təxminən 26 milyard dollar gəlir əldə edib.

4. P: Hər addımınız izləniləcək (Kurtsveyl).

R: İnsanların çoxu bunun belə olduğunu düşünür. Televizor, smartfon, veb-brauzer istifadəçilərin rəqəmsal izini izləyir.

5. P: Dünya əhalisi 2,5 milyard nəfərədək artacaq, 2020-ci ildə isə bu rəqəm 8 milyarda çatacaq (Beynəlxalq Sənaye Siyasəti Elmi Araşdırma İnstitutu, 1994-cü il).

R: Reallığa yaxın proqnozdur. Lakin tam reallığı əks etdirmir: BMT-nin iyun hesabatına əsasən, dünya əhalisinin sayı 7,7 milyard nəfərdir.

6. P: Çin dünyanın ən böyük iqtisadiyyatına çevriləcək (futuristlər Piter Şvarts və Piter Leyden)

R: Həqiqətə yaxındır. 2019-cu ildə Çin ABŞ-dan geri qalsa da, nominal ÜDM göstəricisinə görə dünyanın ikinci iqtisadi gücünə çevrilib.

7. P: Pilotsuz avtomobillərimiz olacaq (Kurtsveyl).

R: Hardasa, həqiqəti əks etdirir. Onlarla şirkət hələ də pilotsuz avtomobillər üzərində sınaqlar keçirir.

8. P: 70 yaşda pensiyaya çıxmaq normal hal hesab ediləcək (Hemiş Makrey).

R: Bu proqnoz reallaşmayıb. 2016-cı ildə ABŞ-da kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 təyin edilib.

9. P: Amerikalılar evlərindən çıxmadan elektron vasitələrin köməyi ilə səs verəcəklər (Şvarts və Leyden).

R: Hələlik belə deyil. Qanunvericilər Amerika seçkilərinə xarici qüvvələrin müdaxilə edəcəyindən ehtiyatlandıqları üçün gələn il prezident seçkilərində telefonların köməyi ilə səsverməyə icazə verməyəcəklər.

10. P: Çin demokratiya yolunu seçəcək (Şvarts və Leyden).

R: Belə deyil. Çin bu il insan hüquqları sahəsində yol verdiyi pozuntularla öz üzərinə diqqət çəkib. Belə ki, Honkonqda etiraçıların hüquqları pozulub və Sincan muxtar vilayətində islah düşərgələrinə salınan, kütləvi şəkildə həbs edilən 1 milyona yaxın uyğura qarşı repressiyalar həyata keçirilir.

635x100

Şərhlər

Rüstəm 2019-12-26 22:51:51

2020 ci ilde eqreb bürcünü nə gözləyir

Son yazılar