BAHAR MURADOVA ADMİNİSTRASİYAYA GƏTİRİLİR? – Əli Həsənovu əvəz edə bilər...

Vitse-spiker Bahar Muradovanın adı Yeni Azərbaycan Partiyasının (YAP) vahid namizədlər siyahısında yoxdur.

Lakin onu Prezident Administrasiyasında (PA) məsuliyyətli iş gözləyir. Etibarlı mənbədən “AzPolitika.info”-ya daxil olan məlumata görə, B.Muradovanın PA-nın Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdiri təyin ediləcəyi gözlənilir. Bəzi mənbələr isə onun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunacağını iddia edirlər. 

Xatırladaq ki, Prezident Administrasiyasında aparılan struktur və kadr dəyişikliklərindən sonra bir neçə şöbə ləğv olunub, onların bazasında yeniləri yaradılmışdı. PA-nın İctimai-siyasi məsələlər üzrə şöbəsinin yerində yaradılan iki qurumdan biri - Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə isə Ədalət Vəliyev rəhbər təyin edilmişdi.

"AzPolitika.info"

635x100

Şərhlər

Cabir 2020-01-02 20:14:22

Əslinə' bu süpürgəçliyə belə yaramayan tipdir.Onun işlədiyi süpürgəçi yoldaçlarını da satar.rs',il

ido 2019-12-29 14:59:10

Aman aman bunu ele yerlərə qoymaq cox təhlükəlidi sonra onunla işləyən insanlar cox əzab əziyyət olar bu xalq üçün hec bir iş cörməyib xalqın rifahı naminə hec nə etməyib sadəcə özünü fikirləşən biridir olar

Abdulla 2019-12-28 17:10:46

Fəlakət!BU sahə ilə onun hansı biliyi,təcrübəsi,anlayışı var?

Adil 2019-12-28 10:07:10

13 yaşında evdən qaçıb ki, başqasının evini dağıtdan, ailə quranı kim tanıyır?... Çox pis nümünə...

Gülşən 2019-12-28 09:49:36

Özü dediyinə görə 13 yaşında rayondan şəhərə gəlib, təkbaşına. Sonra toxuculuq texnikumuna daxil olub, sonra komsomol olub və hıyatını qurub. Maraqlıdı o yaşda uşaq belə çıxlr ki evdən qaçıb?

Lalə 2019-12-28 00:04:21

Bu xanım deputatı oldugu qaçqınlar üçün nə edib bu illər ərzində? Yalnız populist çıxışlar

Düşüncə 2019-12-27 18:06:57

.... vəzifəyə gətirilməlidir? Uzun illərdir boşboğazlıq edən,heç bir ciddi savadı olmayandan ölkə nə mənfəət görə bilər?DEməli kim boş təriflərlə özünü göstərirsə ona vəzifə verilməlidir? Vəzifə savadlı.sahəni bilən təcrübəli adamlara verilməlidir ki, ondan həm xalq,həm özü razı qalsın,idarə edə bilsin.ı

Son yazılar