YAP MEHDİYEVİN KÜRƏKƏNİNDƏN İMTİNA ETDİ - Onun mandatı kimə verilə bilər?

Hakim Yeni Azərbaycan Partiyası (YAP), nəhayət, deputatlığa namizədlər siyahısını rəsmən açıqladı. Gözlənildiyi kimi, siyahı əvvəlkindən ciddi şəkildə fərqlənir.  

Bəzi şəxslərin YAP-ın siyahısına bu dəfə düşməməsi isə sensasiya hesab oluna bilər.

Onlardan biri 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat olan İlham Əliyevdir. Hər halda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin YAP-ın siyahısına salınmayacağına ehtimal verənlər az idi.

Qeyd edək ki, YAP 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputatlığa Mərdanov Kənan Zeynal oğlunun namizədliyini irəli sürüb.

"AzPolitika.info" xəbər verir ki, Kənan Mərdanov Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktoru vəzifəsində çalışır.

Bu isə belə bir ehtimal yaradır ki, 56 saylı Xaçmaz kənd seçki dairəsində mandat hansısa bitərəf və ya müxalifət namizədinə veriləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar