YAP-ın YENİ NAMİZƏDLƏRİ KİMLƏRDİR? - Siyahıda 75 yeni ad var + FOTOLAR

Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP), nəhayət, deputatlığa namizədlər siyahısını rəsmən açıqladı. Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var. Həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

“AzPolitika.info” həmin YAP-ın yeni namizədləri ilə bağlı məlumatları, dairə nömrələrini əsas götürərək, hissə-hissə oxucularına təqdim edir:

7 saylı Ordubad-Culfa seçki dairəsi:

Quliyev Cəbi Hüseyn oğlu – YAP Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktorudur.

8 saylı Binəqədi birinci seçki dairəsi:

 Əliyarlı Kübra Məhəmməd qızı - 01 dekabr 1987-ci ildə anadan olub. 2010-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2015-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb. Hazırda Naxçıvan Dövlət Universitetində Sosial iş ixtisası üzrə magistr təhsili alır. 2006-2010-cu illərdə “Səs” qəzetində müxbir vəzifəsində çalışıb.

2013-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında təlimatçı, 2015-ci ilin yanvar ayından baş təlimatçı vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının VI Qurultayının iştirakçısı olub. İki kitabın müəllifidir.

10 saylı Binəqədi üçüncü seçki dairəsi:

 Əliyev Anar Məmməd oğlu - Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini.

Əliyev Anar Məmməd oğlu - 12 Noyabr 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. 2016-сı ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasını bitirib. Hal-hazırda Binəqədi Bələdiyyəsi Mənzil Mülkiyyətçilərinin Resurs İnformasiya Mərkəzində Məsləhətçi olaraq fəaliyyət göstərir.

2013-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 25 yanvar 2018-ci ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin Şura iclasında təşkilatın Gənclər Birliyinin sədr müavini seçilib.

14 saylı Xəzər seçki dairəsi

Əhmədova Şəfəq Firudin qızı- Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvüdür.  

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndəsi kimi forumlarda iştirak edib. 

15 saylı Yasamal birinci seçki dairəsi

Nağıyev Rauf Nəriman oğlu - 1994-2000-ci illlərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisası üzrə təhsil alıb. Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosentidir. Avropa Uroloqlar Assosiasiyasının üzvüdür. 

16 saylı Yasamal ikinci seçki dairəsi

Səfərov İlham İlyas oğlu - Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisidir.



20 saylı Nərimanov ikinci seçki dairəsi

 Allahyarlı Nihad Vüqar oğlu  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədridir. 

Əvvəllər Nihad Allahyarlı  "İRƏLİ" Biznes Klubunun rəhbəri kimi fəaliyyət göstəririb.

22 saylı Nəsimi ikinci seçki dairəsi

 Sərraf Balaxan oğlu Hüseynov  - 1986-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində dünyaya gəlib. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin məzunudur. YAP Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Dillər Universitetində rektorun İctimai məsələlər üzrə müşaviri, Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiridir.

27 saylı Sabunçu ikinci seçki dairəsi

Salahzadə Əliabbas Qalib oğlu-  Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası, eks-deputat, tanınmış iş adamı Hacı Qalib Salahzadənin oğludur. 40 yaşlı Salahzadə Əliabbas Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir. O, 21 yaşında Azərbaycanın ən gənc bələdiyyə (Bilgəh bələdiyyəsi) sədri olub.

29 saylı Səbail seçki dairəsi

Hüseynova Aytən Arif qızı - Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin baş ofisinin koordinatorudur.

41 saylı Sumqayıt I seçki dairəsi

Hüseynova Hicran Kamran qızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədridir.

43 saylı Sumqayıt III seçki dairəsi 

Hacıyev Emin Məcid oğlu- Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) İdarə Heyətinin üzvüdür.

56 saylı Xaçmaz kənd seçki dairəsi 

Mərdanov Kənan Zeynal oğlu -  Xaçmaz şəhər Uşaq Musiqi məktəbinin direktorudur.

57 saylı Kürdəmir seçki dairəsi

Qəribov Nizami İsməli oğlu  - Kürdəmirin bələdiyyə sədridir. 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən namizədliyi irəli sürülən Saleh Adil oğlu Ələsgərov isə Hacıqabul Rayon Gənclər və İdman İdarəsinin rəisidir.

64 saylı Sabirabad ikinci seçki dairəsi 

 Məmmədov Ramin Ələmşah oğlu - Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavinidir. O, bu vəzifəyə 2012-ci ildə təyin edilib.


70 saylı Masallı şəhər seçki dairəsi

 Məmmədov Məşhur Şahbaz oğlu - "Embawood” şirkətinin prezidentidir. O, Masallı rayonunun Yeddioymaq kəndindəndir. 

93 saylı Bərdə şəhər seçki dairəsi

Yıldırım Fatma Vidadi qızı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin insan resursları şöbəsinin müdiridir. 1973-cü ildə Bakıda anadan olan deputatlığa namizəd Bakı Dövlət Universitetinin məzunudur.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi 

Mirbəşiroğlu Elşad Mirbəşir oğlu - Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavinidir. 1977-ci ildə Göygöldə anadan olan Mirbəşiroğlu BDU-nun məzunudur.

AzPolitika.info

635x100

Şərhlər

Şəkidən 2019-12-31 00:06:23

Şəki 113 saylı DSK -nın sədri Rəhman Qədirzadə başda olmaqla bütün işçiləri yenisi ilə əvəzlənməlidir...? Çünki Rəhman olan yerdə seçki şəffaflığından danışmaq qeyri-mümkündür...?

Balash 2019-12-29 21:53:39

Qanun bulməyənlər necə qanunları müzakirə edib təsdiq edə bilər? Bu biabırçılıqdır və xalqı ayağa qaldıracaq

şəkili 2019-12-28 22:26:17

Sabiq deputatlar axtarılacaq......? Təzə namizədlərin heç birinin iş təcrübəsi yoxdur ?

YETİM YESİROGLU 2019-12-28 18:06:01

Biabırçılıqdır.indi də gənclər birliyi moda mindi.

zaza 2019-12-28 15:19:06

namizedlerin hec biri tecrubeli hugugsunas igtisadci deyil. Bu sexsler hansi bilk tecrube ile ganunlar gebul edecek. Baxca olacag milli meclis oktay esedov da terbiyeci olacag.

Gənclər, URRAA 2019-12-28 09:29:36

MMkənara. Həmkar təhsilli gənc Mülkü(DQMV) hüquq məsləhətçisi?

Akif 2019-12-27 22:57:07

MM uşaq baxçasını xatırladacaq.Bunların qanunvericilikdən xəbərləri var?

eloqlu 2019-12-27 19:55:32

Bunnar kimdi ki , deputatda olsunlar hiiiyyy

Son yazılar