YAP QURUCU ÜZVÜNÜN NAMİZƏDLİYİNİ VERDİ - Fotolar

Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında, gözlənildiyi kimi, xeyli yeni adlar var. Hakim partiya yaşlı, təcrübəli şəxslərdən bəzilərini siyahıda saxlasa da, əsasən gənclərə üstünlük verib.

Bundan başqa, yeni gəncliklə yanaşı siyahıda YAP-ın qurucu üzvlərindən də bir çoxuna etimad göstərildiyi diqqəti çəkir. Məsələn, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi irəli sürülmüş Sadiq Qurbanov YAP-ın ilk üzvlərindən biridir.

S.Qurbanov 90-cı illərin əvvəllərində - BDU-da təhsil alarkən aktiv şəkildə Heydər Əliyevin müdafiəsinə qoşulub. O, parlamentin qarşısında Heydər Əliyevin seçkidə iştirakını əngəlləmək üçün tətbiq olunmuş yaş senzi əleyhinə aksiyaların təşkilatçılarından və fəal iştirakçılarındandır.

Sonrakı illərdə YAP-ın mərkəzi qərargahında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həmçinin müəllim kimi Bakı Dövlət və İqtisad universitetlərində işləyib. Hazırda SOCAR-da çalışır.

Tərcümeyi-halı 

Qurbanov Sadiq Haqverdi oğlu 1972-ci il iyul ayının 12-də Naxçıvan MR Şərur rayonunun Ələkli kəndində anadan olub. 

Təhsili:

1979-1989-cu illərdə Ərəbyengicə kənd orta məktəbini;

1989-1994-cü illərdə BDU-nun mexanika–riyaziyyat fakültəsini;

1997-2001-ci illərdə ikinci ixtisas üzrə BDU-nun hüquq fakültəsini;

2001-2004-cü illərdə isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

2006-ci ildən texniki elmlər namizədidir.

2 kitabın - Əmək Məcəlləsinin Kommentariyası (2007) və Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Paktik Kommentariyası (2019) həmmüəllifi, 15-dən çox elmi məqalələrin müəllifidir.

Əmək fəaliyyəti:

1994-2000-ci illərdə BDU-nun «Nəzəri-mexanika və bütöv mühit mexanikası» kafedrasında mühəndis kimi, 2000-ci ildən hal-hazıradək ADİU-nun (UNEC) İqtisadiyyatın hüquqi tənzimlənməsi kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.

2000-2006-ci illərdə YAP-ın Mərkəzi Aparatında İdeoloji şöbənin partiyalararası əlaqələr üzrə baş referent vəzifəsində, 2006-2010-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin sektor müdiri vəzifəsində, 2010-cu idən hal-hazıradək Az.NQSI HI RK–nın sədr müavini (Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi) vəzifəsində işləyir.

Evlidir, 3 övladı var.

635x100

Şərhlər

AQAYEV 2019-12-28 19:33:48

Cox arzu edərdik ƏLİ HAQIYEV namizədliyini versin biz YAP-cılar məmunuyətlə onu müdafə edərdik .COX ƏDALƏTLİ VƏ TƏMİZ ADAMDIR.

Quliyeva Gülnarə 2019-12-27 22:40:43

Uğurlar.Işinin peşəkarı.Inanrıq ki,seçiləçəksiniz və xalqa xidmət etmək üçün var gücünüzlə işləyəçəksiniz!

Son yazılar