AMEA-nın BİRİNCİ VİTSE-PREZİDENTLƏRİ SEÇİLİB - Fotolar

İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçilib.

"Report" xəbər verir ki, onlar AMEA-nın bu gün keçirilən illik ümumi yığıncağında gizli səsvermə nəticəsində seçiliblər.

Nəticəni Hesablama komissiyasının sədri Urxan Ələkbərov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

***

Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Akademiyada 2 birinci vitse-prezident vəzifəsinin (humanitar və ictimai elmlər üzrə və təbiət elmləri və dəqiq elmlər üzrə) təsis olunması təklif edilib.

bu təkliflə akademiyanın prezidenti Ramiz Mehdiyev çıxış edib.

Yığıncaqda humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülüb. Təklif qəbul edilərək həmin şəxslərin namizədliyi təsdiq edilib və gizli səsvermə elan edilib. Səsvermə üçün fasilə elan edilib.

***

AMEA-nın Ümumi yığıncağı başlayıb.

“Report” xəbər verir ki, iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş Nazirin müavini Şahin Mustafayev, Təhsil naziri Ceyhun Bayramov, Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edirlər.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

***

Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, iclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.

Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.

Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.

Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar