"ONLAR "PAKAZUXA"LIQLA MƏŞĞUL OLUBLAR" - Ramiz Mehdiyevdən ağır ittihamlar

"Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var - "pakazuxa"lıqla məşğul olublar". "Report" xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.

R.Mehdiyev qeyd edib ki, hər bir institut dövlət proqramlarından irəli gələn məsələnin həllində öz yerini müəyyən etməlidir: "Akademiya öz intellektual potensialı ilə mühüm dövlət proqramlarının, elmi-tədqiqat layihələrinin əsas eksperti funksiyasını həyata keçirməlidir. Təəssüf ki, bu günə kimi akademiya bu məsələlərdən kənarda qalıb".

"Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırki şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir"- deyə AMEA-nın prezidenti əlavə edib.

"Dövlət hər il Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə, demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq" - deyə AMEA-nın prezidenti deyib.

Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə iki fond tərəfindən 50 milyon manatdan artıq vəsait ayrılıb: "Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür".

R.Mehdiyev bildirib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı, ümumiyyətlə, hiss olunmur: "Bu da, öz növbəsində, AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır. Akademiya büdcəsinin yalnız 2%-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur. Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub".

O əlavə edib ki, alimlərin beynəlxalq, regional və dövlətin maliyyələşdirdiyi milli elmi layihələrdə iştirakı olduqca zəifdir: "Avropa Komissiyası beynəlxalq elmi layihələrə 80 milyon avro vəsait ayırıb. Yenə də təəssüf hissi ilə qeyd edim ki, alimlərimizin bu layihələrdə iştirakı lazımi səviyyədə olmayıb. Bunun nəticəsidir ki, Azərbaycan elmi bir sıra müasir elm sahələrindən, həmçinin yeni iqtisadi modellərin işlənib hazırlanması və tətbiqindən kənarda qalıb".

635x100

Şərhlər

Babakişi 2020-01-03 11:59:19

Boş. sözlər.Bəs sən hara baxırdın? Hamının torbasını tikən.rüçvət yığan.indi durub kənardan tənqid edir.Misal Gülər xanım! İndi durmusan camaatın ardınca böhtan atırsan.Niyə işləyən zaman bunları görüb ölçü götürmürdün.xı Sən bunu edə bilərdin.Amma indi kənardan hər şey yaxşı görünür misalından istifadə edirsən.İsti yer tapmısan.&.

Cəmşid Dərələyəzli 2019-12-31 16:31:50

Öncə elmi siyasetden ayrı tutmaq gərəkdir. İknicisi elmə məşqul olanların, xüsusəndə gənclərin maddi təminatı yeterincə yüksəlməlidir ki, baş şəxsi problemlerinden azad olub ilmi kəşflərə yönəlsin.

sual 2019-12-30 09:58:47

Çingiz məlim, bu nədir, kim-kimə ağıl öyrədir?!....)))) ağsaqqal kimi öyüd-nəsihət verəydiz....)))))

vetendash 2019-12-29 20:00:48

Bakida yaqishlar yaqanda, kuchelerde yaqish sulari SEL KIMI AXIR. KANALIZASIYA SISTEMININ PROBLEMLERINI HELL ETMEK UCHUN, DOVLET KOMISSIYASI YARADILDI , SEDR TEYIN EDILDI Ramiz Mehdiyev ve INDIYE KIMI Bakinin KANALIZASIYA SISTEMININ PROBLEMLERI HELL OLUNMADI, NIYE, Ramiz Mehdiyev HESABAT VERMEDI CEMIYYETE , NIYE , SEDR KIMI , DOVLET KOMISSIYASININ UQURSUZ FEALIYYETINE GORE, TENQID OLUNMADI ?

Millikişi 2019-12-29 12:34:24

Nəhayət!!! Akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti təyin olunmasının ilkin bəhrələri görünür. Axarıncı olsun, amma çox maraqlıdır. Hörmətli Ramiz müəllimin bu çıxışından AMEA-nın lazımsız bir qrum olduğu birmənalı təsdiqləndi. Doğurdan da belə Akademiya olmaz. Akademiya yox, rus demiş, dövlət büdcəsinə «naxlebnik». Digər tərəfdən axı, hörmətli Ramiz müəllim, bu Akademiya PA-nın və şəxsən Sizin kursiyasıyanızda idi. Akademiyanın fəaliyyətsizliyi, qüsurlu strukturu və digər eybəcərlikləri Sizlərə hamıdan çox bəlli idi və onların aradan qaldırılması tədbirləri yalnız Sizin tərəfinizdən görülməli idi. Qısası vətəndaş mövqeyim: Akademiya ləğv edilməli və onun institutları dövlət investisiya proqramları əsasında dövlət sifarişini yerinə yetirməklə müvafiq ali məktəblərin tabeçiliyinə verilməlidir. Bununla yanaşı təhsildə və elmdə idarəetmə sistemi kökündən dəyişməlidir. Məsələn, Təhsil Nazirliyi məktəb, Səhiyyə Nazirliyi xəstəxana tikintisi ilə məşğul olmamalıdır. Bu rüşvət və korrupsiya mənbəyi qapadılmalıdır. Sosial obyektlərin inşası ilə məşğul olan dövlət qurumu, məs., «Sosial Tikinti QSC» yaradılıb təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər investisiya proqramı ilə həmin QSC (avtomobil yolları kimi) tərəfindən tikilməlidir.

Bəki 2019-12-29 07:13:10

AMEA layihələri CƏMİYYƏTə mətbuatda açıqlansa faydası olar.

oxucu 2019-12-28 20:56:21

.... Ramiz Mehdiyev, "akademik" ..., TEZLIKLE CHIX PENSIYAYA....

Aqa 2019-12-28 19:17:22

Ulu öndərdən sonura bütün korrupsenerlərə VƏH ĞƏLDİ hamısı 60-yaşda başladılar elmi dərəcə almaqa SAVADLI ALİMLƏR qaldı qıraqda səbəb budur.İndi araşdırılmadır pulla yazılan DİSERTASİYALAR yoxlanılmalıdır.Onlar elm ocaqından kənarlaşdırılsın.

Son yazılar