FHN-in SABİQ İDARƏ RƏİSİ DEPUTATLIĞA NAMİZƏD OLDU – Qeydiyyata alındı
Hazırda ölkədə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə hazırlıqlar davam edir. Dairələr üzrə namizədliklərini verən deputatlığa iddialılar imza vərəqələrini doldurmaqla məşğuldurlar.
“AzPolitika.info”nun məlumatına görə, artıq imza vərəqlərini dairələrə təqdim edərək, namizədliklərini qeydə aldıranlar da var. Bunlardan biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizəd olan Muradov Raqif Murad oğludur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin və Su Ehtiyatları Dövlət Agentliyinin rəisi vəzifələrində çalışmış Raqif Muradov əslən İmişlidəndir
Vaxtilə mərhum prezident Heydər Əliyevin Seçki Qərargahının üzvü olmuş, Prezedent İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmiş Raqif Muradov respublika üzrə ilk qeydə alınan namizədlərdən biridir.
Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi Muradov Rüfət Ehtiram oğludur. Onun haqqında internet resurslarında araşdırma aparsaq da, heç bir bilgiyə rast gəlmədik.
AzPolitika.info
Şərhlər
Uğurlar
İmişlinin sevilən sayılan oğlu. İnşAllah sən seçilərsən. Çingiz kimilər getsin öz rayonunda səs toplasın. Fəxrimizsən el oğlu
Ugurlar.umid edirem secilersiniz.her rayonda camaatin derdine yanan o rayonun vetendasi olmus ve o rayonun problemlerini bilen insanlar secilmelidir.umid edirem Raqif Muradov bu seckide qelebe qazanacaq.

Maraqlıdır.Görəsən əgər bu adam deputat seçilərsə öz işindən azad olaraq deputat fəaliyyətinə keçəcək? Yoxsa bəziləri kimi bir əldə iki qarpız tutacaq?