ƏDALƏTLİ DAVRANANLARI QORUYAQ

Şəmsəddin Əliyev 

Hüquqşünas-publisist

Ölkədə ədalət varsa yoxsul həyat sürmək ayıbdır, 

ədalət yoxdursa zəngin yaşamaq utanc gətirər. 

Konfutsi

Zaman-zaman yer üzərində ədaləti qorumaq uğrunda ədalətsiz müharıbələr başlayıb. Amma mütləq ədalət heç bir cəmiyyətdə və dövlətdə, hətta hüquqi dövlətlərdə belə təmin edilməmişdir. Ədalət də hüquq da nisbidir.

Rəbimiz yeri, göyü, bütün canlı və cansız kainatı ədalətlə yaradıb,onu yer üzünün zinəti olan insana-Adəm(ə.s) peyğəmbərə əmanət edib. Aləmlərin Rəbbi əmanəti əvvəlcə yerə, göyə, dağlara həvalə etdi. Tərəddüd etdilər. Amma insan buna mükəlləf oldu. Bununla da insana daha çox etibar edildi, ona etimad göstərildi. Ədalət də bu əmanətlərin ən mühümüdür. İnsan bu əmanətə xəyanət edərsə, yəni onu canı ilə qorumazsa əvəzini ikiqat ödəyəcək.

Allah ədalətli davrananları sevər və insanları da bu fitrətlə yaratmışdır. Ədalətsizlik olduğu yerdə iğtişaşlar baş verər, özbaşınalıqlar sərhədləri aşar. Ədalətli insanın mənəvi keyfiyyətləri bəzən qanunu da əvəz edə bilir.Bütün cəmiyyətlərdə ədalət həyat üçün zəruri olan çörək və su qədər dəyərə malik olmuşdur. Ədalətsiz cəmiyyətdə yaşamağın mənası olmaz.

Uşağın da gələcəkdə vətənə sədaqət ruhunda böyüməsi, valideynlərilə hörmət və ehtiramla davranması üçün onun ədalətli cəmiyyətdə doğulması kifayətdir.

İlk İslam-Mədinə dövlətinin banisi Hz. Məhəmməd peyğəmbər(s.ə.s): “Sizdən olmayanlarla da ədalətlə davranın” – demişdi.

Tarix boyu islam hüququ zülmü bir şeyi əskiltmək, verməmək və ya gizlətmək kimi bizə çatdırıb. Hətta ağac da bəhrini ətraf üçün əskiltməz, gizlətməz, budaqlarını hamıya xoşhallıqla açar-deyirlər. İlahi rəvayətlərdə deyildiyi kimi -Adəm Peyğəmbər ona sarı əyilən, lakin qadağan edilən ağacın meyvəsindən nəfsini qoruya bilməyib yeməklə özünə zülm etmişdi. Hz. Yunus və Hz. Musa da bu sırada olan Uca varlıqlardandır.

Musa (ə.s) bir qibtini öldürməklə “Ya Rəbbim! Mən özümə zülm etdim, məni bağışla – demişdi” 

“Zalımlara yaxınlaşmayın, atəş sizə toxunar, sizi yandırıb yaxar. Onlara qarşı çıxın” – deyir Rəbbimiz. 

“Zalim və zalımlarla olmayın, zülm etməyin. Zalim bizdənsə mən onlarla deyiləm”- söyləmiş fəxri cahan peyğəmbərimiz Məhəmməd (s.ə.s).

Əmanət sahibinə verilmirsə, əmanətçiyə zülm edilər. Bu haqsızlıq və ədalətsizlik kimi qəbul edilir. Necə ki, uzun illər əmanətçilərin bank məmurları tərəfindən pozulmuş hüquqları bərpa edildi.Banklar əmanətçilərin göz yaşlarına inanmırdı…

Yenə, Rəbb kəlamlarının birində deyilir: “Peyğəmbərləri açıq-aşkar möcüzələrlə göndərdim, onlarla birlikdə İlahi hökmləri bəyan edən səmavi kitab və ədalət tərəzisi nazil etdim ki, insanlar bir-biri ilə ədalətlə rəftar etsinlər və ədalətlə davransınlar”.

Ədalət insan təsisatı və insan düşüncəsinin məhsuludur. Ədalətin hüquqa, hamının isə ədalətə ehtiyacı var. Bir az düşünəndə təbii hüquq yoxdur, təbii hüquq nəzəriyyəsi var. Hüquq-bəşər tarixinin təbii məhsuludur və insanlar tərəfindən müəyyən edilir.

O şərti xarakter daşıyaraq insanların maraqlarını bir növ “təqib” edir,lakin həm mühafizə,həm də münasibətləri tənzimləyib zamandan (vaxtdan) və şəraitdən asılı olaraq dəyişə bilir. Müasir anlamda isə hüquq dövlət tərəfindən sanksiyalaşdırılır və hamı üçün məcburi xarakter daşıyan normalar sistemi kimi qəbul olunur. Hüququn aliliyi, qanunun aliliyindən yüksəkdə qərar tutur.Hüquq ideal gələcək qurmqğa xidmət etməlidir,əli-əyriliyə yox!

Fridrix Niştse qeyd edib ki, “hüquq” və “ədalət” yalnız qanunla müəyyən edildikdən sonra reallaşır,qüvvəyə minir. Təbii hüquq və ədalətdən danışmaq ağılsızlıqdır; təhqir etmək, zorakılıq, qarət, məhv etmək “özü-özlüyündə” ədalətsizlik adlandırmaq olmaz, çünki həyat mahiyyətinə uyğun,özünün əsas prinsiplərinə bağlanaraq funksiyasını icra edir- təhqirə, zorakılığa, qarətə, məhvə şərait yaradır. Həyatın belə cəhətləri yoxdursa mənasızdır.”

Jan Jak Russo da qeyd etmişdi: “Hər yerdə qanunun adı ilə tamah və insan həsədi hökm sürür. Amma təbiətin əbədi qanunları da var. Müdriklər üçün bunlar insan hüquqlarını əvəz edir.”

Bu mənada çox təəssüf ki,” hüquq-mənəvi formalizmdir”-deyənlər də var. Zənnimcə müqəddəs qanunlar o qanunlardır ki, ictimai maraqlara xidmət edir və alturistlik məqsəd daşıyır. Buna zidd nə varsa, hansı normativ hüquqi aktlar mövcuddursa bu qanun deyil, olsa-olsa onun sönük bir kölgəsidir-deyərdim.

Azərbaycan Respublikasının Konstitusiyası ona görə yüksək hüquqi qüvvəyə malik Aktdır ki, orada Azərbaycan xalqının iradəsi ifadə olunur, müqəddəs kitablarla yanaşı qoyulur. Məhz buna görə ölkə Prezidenti vəzifəsinə başlarkən bir əli Qurani Kərimə, digər əli isə referendumla qəbul olunan Konstitusiyaya yan alır. Buna çox ciddi önəm vermək lazımdır.

Mənim düşüncələrim belə deyir: Dövlət qulluğunda çalışan kiçik və böyük məmurlara vəzifələrinə başlamazdan öncə bir sual da ünvanlanmalıdır: “Siz ölkənin Konstitusiyasına inanırsınızmı?” Verilən cavabdan çox şey bəlli olar…

Dövlətdaxili qanunlardan və hüquqdan kənar, beynəlxalq hüquq və beynəlxalq normalar da var.Şarl Monteskyöya görə Beynəlxalq hüquq “Sülh şəraitində xalqların mümkün qədər bir-birilərinin xeyrinə çalışması” prinsipinə üstünlük verilməsidir, müharibə şəraitində isə “Mümkün qədər az ziyan vurmaq və özünün də həqiqi marağına zidd davranmamasıdır.” 

Yaxşı ifadələrdir. Amma riayət olunurmu? İllərdir müdriklərin təfəkküründə yuva salmış və hər kosmopolitin “himn”inə çevrilmiş bu beynəlxalq norma və prinsiplər ədalət tərəzisini tanımır, dünya xalqlarına zülmlə müşayət olunan həddə ziyan vüranların yanında lal alətə çevrilib, dili açılmır. Buna ədalətli norma deməklə günaha batmış oluruq

.Uzun illərdir Qarabağ işğaldan azad olunmur.Beynəlxalq hüququn prinsiplərinə və TŞ-nın qətnamələrinə ”HƏ”deyənlər də laldırlar,səs verdiklərinin mahiyyətinə varmırlar.Oralar ƏDALƏTSİZLİK yuvalarıdır…

“Ədalət və qanun-bir-birini tamamlayan iki gücdür. Bu tamın “razılığından” qaydalar qorunur. İki qütb arasında antoqonist hal yaşanarsa katostrafik fəlakətlər törənə bilər”-deyir Viktor Hüqo. Haqlıdır. Ədalətsiz normalar (fərqi yoxdur, beynəlxalq və yaxud dövlət daxili) dünya ictimaiyyəti üçün hədsiz təhlükədir, belə normativ aktlar tiranlığa xidmət edir.

Qanun və ədaləti-iki müqəddəs dəyəri Aləmlərin Rəbbi birləşdirsə də, canlı varlıqlar onları maraqlarına uyğun çoxdan ələ alıb ayırıblar.

Antik cəmiyyətə xas bir zərbi məsəl də var: “Ədalət həmişə hüquqla qanunun arxasınca getməlidir”. 

Tomas Ceffersonun fikri daha maraqlıdır: “Qanun adi insanlar üçün yazıldığından ,sağlam düşüncəyə xas adi qaydalara da əsaslanmalıdır.” 

Cəmiyyətdə həddini aşmaq meylləri artdıqca və davranışlar pozulduqca qanunların da artmasına-əlavə qanunların qəbuluna ehtiyac yaranır. Necə deyərlər; xəstəliklərin dairəsi böyüdükcə dərmanlara daha çox ehtiyac duyulur.

Bu mənada, ədalət və ədalətli mühakimə bütün ictimai xeyirxahlığın əsasını təşkil edir. Müasir dünyanın ədalətli inkişafı üçün bu xeyirxahlıq “pereparatlarından” çəkinmədən istifadə edilməlidir.

Romalıların təbirincə Roma hüququ romalı soyğunçulara çox borcludur. Mənaca ictimai münasibətlərə yönələn qəsdləri-ictimai təhlükəli əməlləri- quldurluğu, soyğunçuluğu qadağan edən qanunlar qəbul edildi. Törədilən cinayətlərin ictimai təhlükəlilik dərəcəsinə uyğun əməllər sanksiyalaşdırıldı. Lakin qanunların “bolluğu” zidd halların aradan qaldırılmasına təsir etmədi.

Çin mütəfəkkiri Şan Yanın dediyi kimi: Qanunların dəyişilməsində on qat xeyir gözlənilmirsə, onu dəyişməyin mənası yoxdur.”

Çox təəssüflər olsun ki,son on, on beş il ərzində Milli Məclisdə müvafiq hüquq sahələrinə 100-dən çox dəyişikliklər edilib. Belə yanaşma, cəmiyyət üçün arzu olunan deyil, xeyirdən çox çaşqınlıq yaradır. Hətta hakimlər də icraatlarında olan işlərə baxarkən məcəllələrə yapışdırılmış əlavələrdən narahatlıqlarını gizlətmirlər. Nə qədər yeni məcəllə almaq olar?!

Cərimələr gah artır, gah da azalır. Cəzanın növləri gah ləğv, gah da yenidən əlavə edilir. Hüquq da riyaziyyat elmi kimi dəqiqliyi sevir, amma “cəm” dəyişməməlidir. 

Milli Məclisin hüquqşünas olmayan, toxunulmazlıq hüququna malik bəzi sabiq üzvləri bu hüquqdan daha çox,“kommersiya-sahibkarlıq fəaliyyətlərini” qorumaq barədə düşünüblər. Hüququn sahələri onların təfəkkürü dərinliyində olmamışdır. Elə sahələr var ki, il ərzində iki və bəzən də daha çox əlavələrə məruz qalır... 

Deputatlar arasında interaktiv sorğu aparılsa əksəriyyəti səs verdiyi qanunların yozmasını seçicilərə çatdıra bilməz, biliyi də çatmaz. Seçicilər eyni deputatları – hüquqşünas və iqtisadçı deputat qrupları mediada tanıyırlar. Amma sahibkarlıq fəaliyyəti ilə məşğul olan deputatlar barədə də çox yazılır. Belə deputatlar dərc olunanlara məhəl qoymur, susurlar.

Təbii,vaxt ötdükcə dövlətin siyasi kursunda,cəmiyyətin social vəziyyətində hamını qane edəcək dəyişikliklərə zərurət yaranır,bəzi sahələr üzrə qanunlara korrektlərin edilməsi qaçılmaz olur. Bu mənada hüquq məsələlərini əks etdirən aktlara 5 və yaxud 10 ildən bir baxmaq olar. Həmişə belə olub. Axı, hüququn olmadığı cəmiyyətdə adətlərə istinad edilirdi. Bu baxımdan “Yaxşı qanunlar adətlərdən doğur”-deyiblər.(Yozef Yuber)

Ədalət mühakiməsi- adından göründüyü kimi haqqdan-ədalətlilikdən yaranır. Ədalət dövlətin, idarəetmənin, hər cürə davranışın əsasını təşkil edir. Ölkə hansı qanunlarla idarə olunursa, həmin “parça”dan da ədalət “paltarı” biçilir. Tarixən belə olub. İstənilən xalq və millət qəbul edilən qanunlardan çox, adət və ənənələrinə,milli ideologiyasına sadiq qalıb, onu müdafiə edib.

İndi dünya qloballaşır. Kişilər saçlarını burur, qısa “şalvar” geyinir, corabsız ayaqqabı daşıyır. Qadınlar isə əksinə,hətta cinsini də dəyişirlər…İslam hüququna görə əvvəllər kişilərin iki,üç arvadı ola bilərdi.İndi qadınların ərlərinin sayı artır. Kommunist ideoiogiyası çoxarvadlılığı qadağan edirdi.İndi o qadağalar daha yoxdur…

İnsan həyata gəldikdən sonra təfəkkürü daxilində arzuları da yaranır.Bu arzular “çin” olmursa, tələblər peyda olur.Əğər bu tələblərin sərhəddi yoxdursa , bu rəqabətə gətirib çıxarır. Biz canlılar təbiətən belə yaranmışıq. Əvvəlcə həddini aşırıq, sonra da zorakılığın tətbiqini istəyirik.Çalışaq müvazinətimizi qoruyaq, həddi, qırmızı zolağı tapdalamayaq!

Əvvəlki ictimai-iqtisadi formasiyalarda qanun da, hüquq da, sosial ədalət də çoxluğun istismarı üzərində azlığın marağını ifadə edirdi. Quldarlıqda quldarın, feodalizmdə feodalın, kapitalizmdə kapitalistin, sosializm cəmiyyətində isə zəhmətkeşlərin marağı qətiləşmişdi. İndi zaman dəyişir. 

Cəmiyyətimizi necə adlandırsaq da qanunlar xalqın iradəsini ifadə edir. Ölkə Konstitusiyası referendum yolu ilə qəbul edildiyinə görə, müddəalarda bütün seçicilərin iradəsi ifadə olunur, qəbul edilən qanunlar bu iradəyə zidd olmamalıdır.

Qanunlarımız hakim partiyanın yox, vətəndaşların hüquq və azadlıqlarının keşiyində durur. Hakimiyyət yalnız zərurət olduqda veto hüququnu tətbiq edə bilər. Fərd zorakılıqlardan mühafizə edilir. Ona görə də: “Ədalətli qanunlar olan yerdə insanlar da ədalətlə davranar.”Ədalətli davrananları qoruyaq.

Ədalətli qanunlar dövlətin və cəmiyyətin lövbəridir. Gəmi sahildə nəyin hesabına durursa,dövlətin də möhkəmliyi və müvazinətini qorumaq üçün ədalətli qanunlar bir o qədər əhəmiyyət kəsb edir.

Qanunlar aydın, dəqiq, ədalətli olmalıdır ki, onun təfsirinə ehtiyac qalmasın. Qanunlar son dərəcə ciddi yox, aydın olmalıdır. Siseron deyirdi: “Son dərəcə ciddi qanunlar son dərəcədə ədalətsizdir. Haqsızlıqlar olan yerdə, qanunlar dəfn olunur.”

Bəzən elan edilən məhkəmə aktı mühakimə olunan cinayətkarın əməlindən də betər olur. Günahsızın mühakiməsi əslində hakimin ittihamı üçün əsas verir.Bəzən də hakimlər müdafiəçilərin etirazlarına və vəsatətlərinə məhəl qoymurlar, bulanıq hüquq düşüncələrinə güvənərək qərar qəbul edirlər.

Belə prosesual pozuntular Məhkəmə-Hüquq Şürasının diqqətindən təbii ki,yayınmır.Qəbul olunan qərarlar sərt və digər hakimlərə görk olur. Heyrət doğuran belə bir zərbi məsəl də var: “Femidanın gözlərini bağlayın, əlinə də qılınc verin. Onda ədalət mühakiməsinin nə olduğunu başa düşərsiniz.”

Yenə Siserondan bir sitat gətirmək istərdim: “Ədalət və qanun vəzifəli şəxslərə, vəzifəli şəxslər isə xalqa ədalət və qanunla əmr edir.”

Adətən qanunlar vətəndaşların, hakimiyyət isə qanunların qayğısına qalmalıdır. Belə olarsa ədalət hər zaman, hər yerdə zəfər çalacaq. Lakin təqsirkara qarşı amansızlığa yol vermədən sərt olmaq lazımdır ki, qarşı tərəf üçün qisaçılığa yer qalmasın. Ədalət mühakiməsi zamanı məhəbbətin və humanizmin dozadan artıq tətbiqi cinayətkarları himayə etməkdir. Cinayətkar cəzanın tətbiqi ilə susdurulmalıdır.

“Onsuz da günahkar qanundan qorxur. Ona kömək etməyə dəyməz. Günahsız isə taleyindən narahatlıq keçirir. Ona yardımçı olmağa dəyər.”(Qədim Yunan aforizmi.) 

Sonda: Cəmiyyət cinayətkarlıqla xarakterizə olunur.Tarixən cəmiyyətin özülündə zorakılıq qərar tutub. Cinayətkarlığı cəmiyyət yaradır, səbəbli əlaqələr isə cinayətkarı yalnız icra alətinə çevirir.

Bir cinayətin törədilməsi ilə başqalarına yol açılır. Ona görə cəzanın tətbiqində məqsəd ədalətsizliyə qarşı ədaləti bərpa etməkdir.Cəza qında qalan iti xəncər qədər sərt olmalıdır.Hamı bilməlidir ki,xəncər qınından çıxarıla bilər… 

2020-ci ildə hər kəsə ədalətli olmaq və qanunlardan çəkinmək arzusu ilə… Uca Rəbbimiz işğal rəzalətindən qurtulmaqda yardımçımız olsun.Amin!

635x100

Şərhlər

SƏY ƏVUŞ müəllim: 2020-01-02 18:24:04

de da be... QARDAŞ!!!

Elli 2019-12-30 15:23:54

Siz də mənim kimi ədalət axtarırsınız. Təəsüf ki, qaranlıq otaqda qara pişik tapılmaz, xüsusən əgər o pişik orada yoxdursa.da qara pişik tapılmaz

Son yazılar