ARDNŞ-nin nizamnamə kapitalı dövlət büdcəsi hesabına artırılacaq

Gələn il ARDNŞ-nin nizamnamə kapitalının artırılması planlaşdırılır. Bu barədə ANS-ə müsahibəsində maliyyə naziri Samir Şərifov bildirib.

Nazirin sözlərinə görə, bununla bağlı gələn ilin dövlət büdcəsi layihəsində müvafiq xərc bəndi nəzərdə tutulub.

ARDNŞ-nin nizamnamə kapitalının artırılması şirkətin iştirak etdiyi strateji layihələrlə bağlıdır, deyə Şərifov bildirib.

Nazir ayrılacaq vəsaitin məbləğini açıqlamayıb.

ARDNŞ nizamnamə kapitalının artırılması üçün bir dəfə dövlət büdcəsindən 500 mln. manat alıb. 2009-cu ilin sentyabrında isə AMB-dən illik 3%-lə 750 mln. manat kredit alıb (iki illik güzəşt müddəti, sonra ildə 150 mln. manat borc +faiz qaytarılacaq).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar