Nə üçün yumurtanı məhz 10 dəqiqə qaynatmaq lazımdır? – Sualın cavabı kimyadadır

Bütün dietoloqlar gündəlik qida rasionuna toyuq yumurtası əlavə etməyin faydasından danışır. Ancaq bu qiymətli ərzaq insan sağlamlığı üçün təhlükəli ola və hətta letal nəticəyə gətirə bilər. Bunun səbəbi isə yumurtanın xarab olması ilə bağlı deyil.

Yumurtanı qaynadarkən nələri bilmək lazımdır?

Həkimlər deyirlər ki, toyuq yumartasını 10 dəqiqədən artıq qaynatmaq olmaz. Əgər, birdən onu odun üzərindən vaxtında götürmək mümkün olmazsa və yumurta bu müddətdən artıq qaynasa, o zaman yaxşı olar ki, onu tullayasınız. Nə üçün? Sualın cavabını kimyada axtarmaq lazımdır.

Məsələ burasındadır ki, yumurta sarısının tərkibində dəmir var. Dəmirin hirogen-sulfidlə qarşılıqlı təsirindən sulfidlər əmələ gəlir. Yumurta nə qədər çox qaynayarsa, sulfidlər də o qədər çox əmələ gəlir. Onlar «sarı»ya qarışır və ona yaşıltəhər rəng verir. Çox qaynadılmış yumurtadan istifadə edərkən, oraqanizm üçün toksiki olan maddələrdən zəhərlənmək riski var. Həkimlərin bildirdiyinə görə, artıq qaynadılmış yumurtadan hətta boğulmaq halları da qeydə alınıb.

Yeri gəlmişkən, qaynatdıqdan sonra yumurtanı soyuq suya salmaqda məqsəd heç də onu soyutmaq yox, artıq qaynadılmasının qarşısını qismən almaqdan ibarətdir.

Odur ki, yumurtanı qaynadarkən, diqqətli olun.

AzPoliika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar