ABŞ-ın “BUYNUZLU ABSURDU”... – “Biz, sizi bombalayırıq, siz isə bizi dəstəkləmirsiniz...”

İran tərəfindən dəstəklənən İraq və Suriyadakı «Kətaib Hizbullah» şiə hərbiləşdirilmiş qruplaşmasının Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən aviazərbələrə məruz qoyulması amerikalı hərbçilərin və ABŞ vətəndaşlarının müdafiəsi istiqamətində atılmış addımdır. Bu barədə dekabrın 30-da Dövlət Departamentinin nümayəndələri bəyan ediblər.

«Prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo uzun müddət ərzində bildirirdilər ki, Birləşmiş Ştatlar ABŞ vətəndaşlarına, silahlı qüvvələrinə və ya ABŞ-ın müttəfiqlərinə hücumlar edilməsinə imkan verməyəcək. Bir neçə həftə bundan əvvəl dövlət katibi Pompeo İran liderlərinə xatırlatmışdı ki, onlar tərəfindən və ya onların vasitəçiləri tərəfindən edilən, ABŞ-a və ya bizim müttəfiqlərimizə zərər vuran istənilən hücum ABŞ tərəfindən qətiyyətli addımlarla qarşılanacaq» - deyə, ABŞ xarici siyasət idarəsinin yüksək çinli əməklaşı qeyd edib.

O, əlavə edib ki, ABŞ Yaxın Şərqdə hər-hansı münaqişəyə can atmır. «Zərbələr müdafiə xarakteri daşıyıb. Biz, İrana məsuliyyətdən qaçmaq imkanı verməyəcəyik və biz, İranı belə fəaliyyətə görə, cavabdeh hesab edəcəyik» - deyə, diplomat xəbərdarlıq edib («Amerikanın səsi»).

Dövlət Departamentində onu da xatırladıblar ki, «Kətaib Hizbullah» İraqda hərbi bazaların və bu ölkədə ABŞ səfirliyinin bombalanmasına görə cavabdehdir və Tehran tərəfindən dəstək alır. ABŞ DD-də bəyan ediblər ki, «Yaxın Şərqə situasiyanı yaxından izləyirlər».

«Biz, bölgədəki qruplaşmamızın sayını 14 min nəfərə qədər artırmışıq. Biz, dənizdə təhlükəsizlik təşəbbüsü yaratmışıq. Biz, kəşfiyyat imkanlarımızı genişlənlirmişik ki, bu da İran tərəfindən planlaşdırılan bir çox hücumların qarşısının alınmasına kömək edir. Biz, hazırladığımız cavab tədbirləri paketindən çox razıyıq…» - deyə, DD nümayəndəsi qeyd edib.

Bütün bunlarla bərabər, Vaşinqtonda bəzi İraq siyasətçilərinin aviazərbələri pisləyən bəyanatlarından narazı olduqlarını ifadə ediblər…

Bu da ABŞ-ın elə bir absurdudur ki, «buynuzu» on metrlərlə ölçülə bilər. Təxminən belə: «Biz, sizi bombalayırıq, siz isə bizi pisləyirsiniz…»

DD-nin bəyanatı da buynuzlu absurdun bir formasıdır və avtomatik olaraq, məntiqi sual doğurur: Sizin hərbçilərinizin və vətəndaşlarınızın İraqda, Suriyada nə işi var ki, onlara da hücum etsinlər? Sizi oraya çağıran olubmu?

Mirzə AĞ 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar