"BU QƏTL BEYNƏLXALQ HUMANİTAR HÜQUQU POZUR" - BMT rəsmisi Süleymaninin öldürülməsini qanunsuz adlandırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan hüquqları ali komissarlığı ofisinin nümayəndəsi və məhkəməsiz icra olunan edamlar üzrə xüsusi məruzəçisi Aqnes Kallamar general Qasım Süleymaninin öldürülməsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, A. Kallamar özünün “Twitter” səhifəsində bildirib ki, ABŞ-ın addımını qanunsuz adlandırıb.

“Qasım Süleymani və Əbu Mehdi Əl-Mühəndisin məqsədyönlü qətli beynəlxalq humanitar hüququ pozur”, - deyə BMT rəsmisi vurğulayıb.

Qeyd edək ki, cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb.

635x100

Şərhlər

Memmedqulu 2020-01-04 08:26:45

Onlari baqdada urus gomderib. Qaranaqda ise urus ozu otirub

t.ədalət 2020-01-03 11:20:37

Onların İraqda nə işi var idi?Əgər müsəlmanlıqdan söhbət gedirsə,onda niyə bəs onlar Dağlıq Qarabağa gəlmirdilər?Halbuki 20 ildən çoxdur DQ ərazisində rus və erməni birləşmiş ordusu on minlərlə azərbaycanlını qətl edir..

Son yazılar